Rusiyada dünyanın ən möhtəşəm hərbi paradı keçirilir – VİDEO

paradRusiya alman faşizmi üzərində qələbənin 70 illik yubileyini qeyd edir. Bu gün səhər, Moskva saatı ilə 10:00-da Qızıl Meydanda əsrin ən möhtəşəm hərbi paradını keçirir.

Azərbaycan hərbçiləri də paradda iştirak etdilər.

Rusiya bu paradda özünün yüksək texnoloji nailiyyətlərə əsaslanan hərbi silah və sursatlarını nümayiş etdirmək niyyətindədir. Bunun üçün hələ mayın 7-də son məşqlər də küçirilmişdi.

Dünyanın müxtəlif ölkələrindən bu tədbirdə iştirak etmək üçün prezidentlər və rəsmi şəxslər dəvət alıblar. Azərbaycan prezidenti H.Əliyev də paradda iştirak edir. Bundan bir qədər əvvəl isə dövlət başçılarını qəbul edən Rusiya prezidenti Vladimir Putin  Kremldə İ.Əliyev və xanımı M. Əliyeva ilə görüşüb.

Qeyd edək ki, paradda Azərbaycan hərbçiləri də iştirak edir. Mayor Mehdi Muradovun rəhbərlik etdiyi Azərbaycan hərbi bölməsi Qızıl Meydandan keçib. Bundan əvvəl keçirilən görüşdə Rusiya tərəfi paradda iştirak edən Azərbaycan hərbçilərinə Qələbənin 70 illiyinə həsr olunmuş medallar təqdim edib.

XuralTAC

az

'liyev putin

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button