Rusiyada ilin toyu- 25 milyonluq gəlinlik, 5 milyonluq tac, Cennifer Lopes, Elton Con, İqlesias… FOTO/VİDEO

Məşhur rusiyalı oliqarx Mixail Qutserievin oğlu Səidin toyu dünya mətbuatının gündəmini zəbt edib.  

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, toyda  dünya ulduzları Stinq, Cennifer Lopes, Patrisiya Kaas, Enrike İqlesias da iştirak edib. Təkcə Lopesin toyda iştirakı ev sahibinə 1 milyon avroya başa gəlib. 

Stinq və İqlesiasa ümumilikdə 1 milyon avro, Alla Puqaçevaya isə 300 min avro qonorar verilib.

«İlin toyu» adlandırılan, 600 qonağın qatıldığı dəbdəbəli məclis ötən şənbə günü Moskvadakı «Safisa» restoranında baş tutub. Mərasimin sonuna qədər restoran binasını silahlı mühafizəçilər qoruyub.

REN TV-nin məlumatına görə, gəlinin tacına 5 milyon rubl, «Elie Saab»dan olan gəlinliyinə 25 milyon rubl, saç və makiyajına 15 min rubl xərclənib. 

Ailə toyun ikinci hissəsinin Londonda, qohumların və yaxın dostların olacağı məhdud çevrədə keçirilməsinə qərar verib. Bu mərasimdə səhnəyə məşhur dünya ulduzları Elton Con və Beyonsun çıxacağı bildirir.

Oğul Qutseriev İnquşetiyadan olan Xədicə Ujaxova ilə ailə qurub. Xədicə Moskva Tibb Universitetinin tələbəsidir.

M.Qutseriev «Russneft»in əsas səhmdarıdır. Həmçinin bank, tikinti, əmlak sahələri üzrə də biznesi var. «Forbes»in məlumatına görə, 5,9 milyard dollarlıq sərvəti ilə Rusiyadakı milyarderlər arasında 16-cı yeri tutur. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button