Rusiyada jurnalist axtarışa verilib

Yayımlandı: 24 Noyabr 2022 13:24

Andrey Karaulovun hansı maddə ilə axtarışa verildiyi açıqlanmır

Rusiya Daxili İşlər Nazirliyi jurnalist Andrey Karaulov haqqında cinayət işi açaraq axtarışa verib.

Bu barədə noyabrın 24-də nazirliyin məlumat bazasında xəbər yerləşdirilib.

Qeyd olunur ki, Karaulov cinayət maddəsi ilə axtarışdadır, ancaq hansı maddə ilə axtarışa verildiyi açıqlanmır.

A.Karaulov daha əvvəl Dubayda ürəyindən əməliyyat olunub və bundan sonra Rusiyaya qayıtmağı planlaşdırdığını bildirmişdi.

Noyabrın 3-də jurnalistin evində axtarışlar aparılıb.

A.Karaulovun sözlərinə görə, böhtan işi üzrə istintaq hərəkətləri aparılıb.

A.Karaulov daha çox Rusiya telekanalları tərəfindən müxtəlif vaxtlarda yayımlanan “Həqiqət anı” (1992-2016) və “Rus dövrü” (1998-2006) publisistik verilişlərinin müəllifi və aparıcısı kimi tanınır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button