Rusiyada MSK Nadejdinin namizədliyini qeydə almaqdan imtina etdi

Yayımlandı: 9 Fevral 2024 15:15

Nadejdin imtinanı “gözlənilən” qərar adlandırıb

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) müharibə əleyhinə mövqe ilə seçkilərdə iştirak etmiş yeganə siyasətçi Boris Nadejdini qeydə almaqdan imtina edib.

Bu barədə fevralın 8-də Rusiya Mərkəzi Seçki Komissiyasında qərar qəbul edilib.

Nadejdinin qeydiyyata alınması məsələsinə baxılan iclasda bəyan edilib ki, siyasətçinin müdafiəsi üçün atılan imzaların 5 faizindən çoxu etibarsızdır.

Nadejdin imzaların yoxlanılması prosedurunu davam etdirmək üçün onun qeydiyyata alınması məsələsinə baxılma tarixini fevralın 10-na təxirə salmağı xahiş edib. Amma komissiyanın rəhbəri Ella Pamfilova imtina edib.

Bu mərhələdə biz bütün prosedura daha çox əməl etmişik. Arqumentləriniz, məni bağışlayın, əsassızdır və gecdir. Siz əlinizdə olan bütün prosessual variantları tükətmisiniz”, – deyə Pamfilova ona məhkəməyə müraciət etməyi tövsiyə edib.

Boris Nadejdin MSK sədrinə belə cavab verib:

Başa düşməlisən ki, burada dayanan təkcə mən deyiləm. Mənə imza verən yüz minlərlə Rusiya vətəndaşı var. İndi burada mənə səs verəcək on milyonlarla insan var. Bütün sorğulara görə mən Putindən sonra ikinci yerdəyəm. Siz isə mənə imzalardakı 11 ölü və ya səhv pasportlardan danışırsınız”.

Komissiya üzvlərinin səsverməsindən sonra Nadejdin imtinanı “gözlənilən” qərar adlandırıb.

Siyasətçi vəd edib ki, Mərkəzi Seçki Komissiyasının qərarından, eləcə də namizədlərin qeydə alınmasının əsas götürüldüyü qanunlardan məhkəmələrə şikayət edəcək.

Bundan əvvəl Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Prezident seçkilərində namizəd olmaq istəyən jurnalist Yekaterina Duntsovanı qeydə almaqdan imtina etmişdi.

Rusiyada Prezident seçkiləri 2024-cü il martın 15-dən 17-dək keçiriləcək.

İndiyə qədər hazırkı dövlət başçısı Vladimir Putinin namizədliyi irəli sürülüb.

Eyni zamanda, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski, Kommunist Partiyasından Nikolay Xariton, Dövlət Dumasının keçmiş deputatı Boris Nadejdin və Donetskdəki rusiyayönlü separatçıların keçmiş hərbi lideri İqor Strelkov (Qirkin) artıq seçkilərdə iştirak etmək niyyətlərini bəyan ediblər.

Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplamışdı.

2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.

2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.

O, hazırda Təhlükəsizlik Şurasının sədridir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button