RUSİYADA PREZİDENT SEÇKİSİ BAŞA ÇATDI:Putin qalib gəldi, Qrudinin ikinci, Jirinovski isə üçüncü oldu – MSK nəticələri açıqladı (Yenilənib)

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Putin prezident seçkilərinin qalibi olub.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, 73.9 faiz səslə yenidən prezident seçilib.

Putin yenidən prezident seçilməsi ilə bağlı xalqa müraciət edərək, təşəkkürünü bildirib.

Beləliklə, MSK-nın açıqladığı rəsmi məlumata görə, Putin və ən yaxın rəqibləri aşağıdakı şəkildə səs toplayıblar:

1. Putin – 73,9 %

2. Qrudinin – 11.2%

3. Jirinovski – 6.7%

4. Sobçak – 2.5%

5. Yavlinskiy – 1.6%

****

Rusiya MSK-nın məlumatına görə, hazırda seçici səslərinin 41 faizi sayılıb.

Hazırkı nəticələrə görə, Putin 75, Qrudinin 14,4, Jirinovski 6,6, Sobçak 1,4 faiz səs toplayıb.

***

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırda seçici səslərinin 30 faizi sayılıb.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hesablanan hazırkı səslərə görə, Putin 73,2 faiz səslə liderlik edir…

***

Qeyd edək ki, exit-poll nəticələrinə görə, bugünkü seçkidə Vladimir Putin 70 faizdən çox səs toplayaraq qələbə qazanıb.

***

Rusiyada prezident seçkilərinin nəticələri açıqlanır.

Strateq.az xəbər verir ki, Rusiyanın Mərkəzi  Seçki Komissiyasının məlumatına əsasən, hazırda seçici səslərinin 22 faizi artıq hesablanıb və Rusiyanın hazırkı dövlət başçısı Vladimi Putin 71,97 faiz səs toplayıb.

Mərkəsi Seçki Komissiyasının məlumatına görə, Kommunist Partiyasının namizədi Pavel Qrudinin hazırkı seçici səslərinin sayına görə ikinci yerdədir. O, 15,9 faiz səs toplayıb.

Liberal Demokrat Partiyasından Vladimir Jirinovski hazırkı nəticələrə görə (6,96 faiz seçici səsi) siyahıda üçüncü yerdə qərarlaşıb. “Vətəndaş təşəbbüsü” Partiyasından telejurnalist Kseniya Sobçak 1,39 faiz səslə namizədlər siyahısında dördüncüdür. Onu 0,77 faiz səslə “Yabloko” Partiyasının qurucusu Qriqori Yavlinski təqib edir.

Xatırladaq ki, bu gün Rusiyada prezident seçkiləri keçirilib. Prezident vəzifəsi uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, “Vətəndaş təşəbbüsü” Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və “Yabloko” Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button