Rusiyada saxlanılan türkiyəli jurnalistlər sərbəst buraxılıblar
Rusiyada casusluqda ittiham olunan iki türk jurnalist sərbəst buraxılıb.
“Haber Global” xəbər verir ki, media nümayəndələri Nazgül Kenzetay və Emin Karaçak Yakutiya və Altay bölgələrinin milli musiqi, rəqs və yeməklərinə dair çəkiliş ediblər.
Bildirilib ki, saxlanılmadan sonra onların çəkdiyi bütün şəkillər sildirilib.
Qeyd edək ki, dekabrın 16-da onlar qaldıqları hotelin qarşısında saxlanılmışdılar.