Rusiyada seçkilər: Saxtalaşdırma və təzyiq müşahidə edilib

Yayımlandı: 9 Sentyabr 2024 23:56

Jenya Snejkina, “Mediaset”

Sentyabrın 6-dan 8-dək Rusiyada ölkənin 21 bölgəsini əhatələyən seçkilər keçirilib.

Vətəndaşlar qubernatorları, Moskva Şəhər Dumasına və Dövlət Dumasına üç birmandatlı dairə üzrə deputatlar, həmçinin 11 bölgədə yerli parlamentlər seçiblər.

Rusiya mediasının Prezident Administrasiyasındakı mənbələrinin fikrincə, hakimiyyət bu seçkiləri 2026-cı ildə keçiriləcək Duma seçkilərindən öncəki məşq kimi qəbul edir. Belə ki, həmin müddətədək saxtalaşdırmaların bütün mexanizmləri düzəldilməli və “əla” işləməlidir. Bu, isə o deməkdir ki, seçki prosesinin bütün iştirakçıları təzyiqə və manipulyasiyalara məruz qalıb.

Saxtallaşdırma xidmətində texnologiyalar

Moskvada elektron səsvermə ilə bağlı problemlərin təkamülü göstərir ki, distansiyadan elektron səsvermə sisteminin tətbiqi və genişlənidirilməsi ilə manipulyasiya üsulları daha da mürəkkəbləşib. Hər yeni seçkilərdən sonra saxtalaşdırmaların artması şübhəsi də güclənir ki, bu da həmin sistemin etibarlılığını və şəffaflığını şübhə altında qoyur.

2019-cu il. DES sistemi yarım il ərzində işə düşüb ki, bu da belə bir mürəkkəb texnologiya üçün həddən artıq tezdir. Artıq test mərhələsində problemlər meydana çıxıb ki, onların da bir çoxu düzəldilməyib. Moskva Şəhər Dumasına seçkilər zamanı sistem 45 dairədən üçündə istifadə olunub və bu elektron səsvermənin nəticələri seçki məntəqələrindəki nəticələrdən həddən artıq fərqlənib. Hökumətyönlü namizədlər onlayn səsvermədə qat-qat çox səs yığıb ki, bu da seçki saxtakarlığında ilk şübhələri doğurub.

2020-ci il. Konstitusiyaya düzəlişlər üzrə səsvemə zamanı yeni problemlər meydana gəldi. Jurnalistlər müəyyən ediblər ki, Moskvada kimsə düzəlişlərə dəstək verən səslərin sayını artırmaq üçün “mos.ru” platformasında təqaüdçülərin məlumatları ilə hesabları kütləvi şəkildə qeydiyyata alır. Bu, daha çox tənqid doğurdu və manipulyasiya şübhələrinə səbəb oldu.

2023-cü il. Moskva merinin seçilməsi zamanı iri texniki nasazlıq baş verib ki, bir çoxunun fikrincə, bu, hökumətyönlü Sergey Sobyaninə kömək edib. Səsvermənin ilk günündə bir çox seçici nə onlayn, nə də məntəqələrdə səs verə bilib. Onlayn-platformada təsdiq üçün gələn SMS-lə bağlı problem yaranıb və bəzi seçicilər məntəqələrdə səs verə bilməyib, belə ki, onların səsləri guya artıq DES-in sistemində qeydə alınıb. Bu problemlər səsvermənin dürüstlüyü ilə bağlı şübhələr doğurub.

2024-cü il. Rusiyada ilk dəfə elektron səsvermə prezident seçkilərində federal səviyyədə keçirilib. Moskvada seçicilərin 71%-i, 28 digər bölgədə isə seçicilərin 15%-i bu imkandan yararlanıb. Federal səviyyədə həmçinin kütləvi saxtalaşdırmalarla bağlı şübhələr yaranıb. Bu göstərib ki, manipulyasiyalar təkcə Moskva DES sistemində deyil, həmçinin “Rostelekom”un işləyib hazırladığı federal platformada mümkündür. Bütün bunlar ictimaiyyətin və ekspertlərin narahatlığını artırıb.

Namizədlərin və onların komandalarının təqibləri

Seçkilər yaxınlaşdıqca namizədlər daha çox radikal çətinliklərlə üzləşməyə başlayıblar ki, bu da onların siyasi prosesdə iştirakına maneçilik törədib. Rusiya hakimiyyəti burada geniş təzyiq palitrasına əl atıb.

Hüquq-mühafizə orqanları müxtəlif bəhanələrlə namizədlərin evlərində, ofislərində, həmçinin seçki qərargahlarında axtarışlar aparıb.

Namizədlər seçkilərdə qeydiyyatdan keçmək üçün sənəd verməlidirlər. Bəzi hallarda hakimiyyət qəsdən maneələr törədir, məsələn, seçki komissiyalarının qapılarını bağlayır, ya da sənədləri qəbul etmirlər. Beləliklə, heç də hər bir namizəd səsvermədə iştirak mərhələsinədək gedib çıxa bilmir.

Əgər hakimiyyət müəyyən namizədlərin seçkilərdə iştirakını istəmirsə, rəsmi və ya mübahisəli səbəblər üzündən onların qeydiyyatını ləğv edə bilərlər. Məsələn, Moskvada və Peterburqda “Yabloko” Partiyası öz namizədlərini qeydiyyatdan keçirə bilməyib, hakimiyyət onların sənədlərində səhvlər aşkarlayıb.

Seçicilərə təzyiq

Rusiya hakimiyyəti həmçinin seçicilərə və seçkilərin nəticələrinə təsir göstərmək üçün müxtəlif üsullara əl atır.

Dövlət KİV-i hakimiyyətin dəstəkləmədiyi namizədlər haqqında məlumat dərc etməyib ki, bu da həmin namizədlərin öz ideyalarını seçicilərə çatdırmaq imkanını məhdudlaşdırıb.

Seçicilərin hüquqlarının müdafiəsi üzrə “Qolos” Ümumrusiya ictimai hərəkatının hesabatında deyildiyi kimi, dövlət strukturları həmçinin hakimiyyəti tənqid edən və ya müxalif namizədləri dəstəkləyən şəxslərin sosial şəbəkələrdəki hesablarını və ya postlarını bloklamağa çalışıb. Bu, adamların seçkilər və namizədlər haqqında məlumat əldə etmələrini çətinləşdirir.

İnzibati təzyiq yoxlanılmış vasitədir ki, regional hakimiyyət ondan işçilərin və ya tələbələrin müəyyən namizədlərə məcburi səsverməsindən tutmuş seçiciləri təqibə və seçki bülletenlərinin topa-topa salınmasınadək istifadə edir.

Seçkilər və müharibə

Döyüşlərin getdiyi ərazilərdə keçirilən seçkilər xüsusilə diqqət çəkir. Belə ki, Ukrayna silahlı qüvvələrinin hücuma keçdiyi Kursk vilayətində Rusiya hakimiyyəti qubernator seçkilərində növbədənkənar səsvermə prosedurunu tətbiq edib. Vilayət hakimiyyəti bölgədə guya hər şeyin normal olması illüziyasına böyük vəsait xərcləyir və bunun üçün həm də seçki mövzusundan istifadə edir. Səsvermənin ilk günündəcə yerli seçki komissiyası hesabat verib ki, seçicilərin 34%-dən çoxu qubernator seçkilərində növbədənkənar səs verib.

Müəyyən edilmiş bütün problemləri və sui-istifadə hallarını nəzərə alaraq deyə bilərik ki, Rusiyada seçki sistemi artıq tamamilə məhv edilib. Elektron səsvermə və səslərin daimi manipulyasiyası kimi mürəkkəb texnologiyalardan istifadə ölkədə ədalətli seçkilərin getdikcə qeyri-mümkün olduğunu göstərib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button