Rusiyada təyyarə qəzaya uğradı

07.09.2011

Rusiyanın Yaroslavl vilayətinin yaxınlığında sərnişin təyyarəsi yanaraq qəzaya uğradı. Qəzada 36 nəfərin həlak olduğu, bir nəfərin isə yaralandığı haqda məlumat verilir. YAK-42 təyyarəsinin Yaroslavl vilayətinin Lokomotiv Xakkey komandasına aid olduğu açıqlandı.

Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarənin havaya qalxdıqdan qısa müddət sonra alovlanaraq bir hissəsini yerə, diğər hissələrinin isə Volqa çayına düşdüyünü açıqlayıb. İlkin məlumatlara əsasən, 35 sərnişinin həlak olduğu və bir sərnişinin isə ağır vəziyyətdə yaralı olmasını bildirdi.

Baş nazir Vladimir Putin Nəqliyyat naziri İqor Levitini Yaroslavl Lokomotiv Xokkey komandasını daşıyan təyyarənin düşdüyü Yaroslavl vilayətinə göndərdi.

Son məlumatlara görə, Yaroslavl Buz Xokkey komandası Belorusiyanın «Dinamo» komandası ilə oynamaq üçün yarışa uçurmuş. Hadisə yerində araşdırma işləri aparılarkən, ölənlərin və yaralıların sayının artacağı güman edilib.

Təyyarədə olan “Lokomotiv” komandasının baş məşqçisi Bred MakKrimmon, məşqçi İqor Korolyov və dıgər məşqçilər də həyatlarını itiriblər. Rusiyanın əhəmiyyətli bir kəsimi olan xokkey azarkeşləri matəm ıçındədirlər. Hadisə yerinə hələlik məhdud sayda adam buraxılır.

Xural TAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button