Rusiyada təyyarə qəzası:istintaq 2 əsas versiyanı nəzərdən keçirir
Rostov-Donda aviasiya qəzasının iki əsas versiyası – pis hava şəraiti səbəbindən pilotun səhvi və ya texniki nasazlıq nəzərdən keçirilir.
Bu barədə jurnalistlərə Cənub istintaq idarəsinin rəhbəri Oksana Kovrijnaya məlumat verib.
Azertag.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “FlyDubai” aviakompaniyası qəzaya uğrayan “Boeing 737-800” təyyarəsinin sərnişinlərinin vətəndaşlıq mənsubiyyətini dəqiqləşdirib. “FZ 981” reysi ilə uçan 55 sərnişinin 44-ü Rusiya, 8-i Ukrayna, 2-si Hindistan və 1-i Özbəkistan vətəndaşıdır.
Cənub nəqliyyat prokurorluğu, həmçinin “Boeing” təyyarəsinin ekipaj komandirinin Kipr vətəndaşı olduğunu bildirib.
Xatırladaq ki, Dubay-Rostov reysini həyata keçirən “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində 61 nəfər həlak olub.