Rusiyada ticarət mərkəzində baş vermiş yanğında ölənlərdən 41-i uşaqdır –Rəsmi siyahı açıqlanıb

Rusiyanın Kemerovo vilayətindəki “Zimnyaya vişnya” (“Qış albalısı”) Ticarət-Əyləncə Mərkəzində baş vermiş yanğında 41 uşaq ölüb.

Bunu faciə qurbanlarının yaxınlarının yaratdığı qərargahda yerləşdirilən ölənlərin siyahısından görmək olar.

Siyahıda ümumilikdə 64 nəfərin soyadı var.

Ticarət mərkəzində yanğın martın 25-də baş verib. Yanğın mərkəzin son – kinozallar olan mərtəbəsində baş verib və bazar günü olduğundan orada çox sayda uşaq olub.

Əlavə edək ki, hazırda Kemerovoda Sovetlər Meydanında ölənlərin yaxınlarının iştirakı ilə planlaşdırılmamış kütləvi mitinq keçirilir/Report

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button