Rusiyadakı səfirliyimiz Elmar Vəliyev hadisəsinə dair açıqlama yaydı-RƏSMİ

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı  səfirliyi xüsusi məlumatla çıxış edib.

Musavat.com-a göndərilən açıqlamanın tam mətni belədir

”Bu gün www.azadliq.info internet səhifəsində dərc edilmiş “Elmar Vәliyevi güllәlәyәn haqqında ilginc mәlumat” başlıqlı məqalə ilə bağlı bildiririk ki, yazıda qeyd olunan hadisə ümumiyyətlə baş verməmiş və tam yalandır.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, “azadlıq” adlanan sayt hər zaman olduğu kimi sensasiya naminə həqiqəti əks etdirməyən və uydurma məlumat yaymaqla məşğuldur”.

Məlumat üçün bildirək ki, bu gün azadlıq.info saytı “Elmar Vәliyevi güllәlәyәn haqqında ilginc mәlumat” başlıqlı məqalə ilə çıxış edib. Məqalədə iddia olunur ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisini güllələyən Yunis Səfərov 2008-ci ildə Moskvada keçirilən bir tədbirdə çıxış edib.

Həmin tədbirə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da qatılıb.

Sayt iddia edir ki, o zaman Moskvada ali təhsil alan Yunis Səfərovun çıxışı yetərincə sərt olub: ”Mənbənin sözlərinə görə, belə çıxışı gözləməyən tədbir iştirakçıları, xüsusən təhlükəsizlik qüvvələri bir-birinə dəyib.Polad Bülbüloğlu çıxışçının kimliyilə maraqlanıb və onun özündən bu barədə soruşanda Yunis Səfərovun ona cavabı belə olub: “Mənim kimliyimi neynirsən? Hansı universitetdə oxuduğumu öyrənib, qovdurmaq üçün?” (Sitatın sonu)

Yuxarıdakı təksib də məhz bu iddiaları yalanlamaq üçün hazırlanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button