Rusiyalı aktyorun Kurskda həlak olduğu bildirilir

Yayımlandı: 21 Avqust 2024 15:35

Yevgeni Şişovun qəlpə yarasından öldüyü deyilir

Rusiya-Ukrayna müharibəsi fonunda Kursk vilayətində gedən döyüşlərdə rus kino aktyoru Yevgeni Şişovun həlak olduğu bildirilir.

Şişov 2024-cü ilin fevralında Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq, könüllü müharibəyə gedib.

42 yaşlı aktyor avqustun 18-də Kursk vilayətində gedən döyüşlər zamanı qəlpə yarası alıb və xəstəxanaya aparılarkən ölüb.

Yevgeni Şişov 1982-ci ildə Vıborqda doğulub.

Bir sıra film və seriallarda çəkilib.

Rusiya 2022-ci fevralın 24-də Rusiyaya qarşı hərbi əməliyyatlara başlayıb.

Bu müharibə zamanı bir neçə ukraynalı sənət adamı həyatını itirib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button