Rubrikalar: DÜNYA GÜNDƏM XuralTAC

Rusiyalı milyarder biznesmen intihar edib

Rusiyalı milyarder iş adamı Dmitri Bosov intihar edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 52 yaşlı biznesmenin cəsədi onun Moskva vilayətinin Usovo qəsəbəsində yerləşən malikanəsində tapılıb.

Dmitri Bosov “Vostokuqol” və “Sibantrasit” şirkətlərinin əsas səhmdarı sayılırdı. “Sibantrasit” antrasidin (daş kömürün növüdür – Red.) hasilatı və ixracatına görə dünyada, metallurgiya kömürünün istehsalına görə isə Rusiyada lider sayılır.
“Sibantrasid”in malik olduğu aktivlər arasında Moskvada yerləşəm “Artplay” Memarlıq və dizayn mərkəzi də var. Bundan başqa, şirkət Baykal-Amur magistralının bir hissəsi olan Şimal-Amur tunelinin tikintisi ilə də məşğuldur.

Bu il may ayının əvvəlində Dmitri Bosovun ABŞ-ın Kaliforniya ştatında marixuana istehsal edən “Genius Fund Group” firmasına sərmayə qoyduğu ortaya çıxıb. Ötən ayın sonlarında ona və biznes tərəfdaşlarına qarşı ABŞ-ın əmək qanunvericiliyinin pozulması faktına görə iddia qaldırılmışdı.

Frensis Raçoppi adlı ABŞ ordusunun veteranı, habelə “Genius Fund Group” şirkətinin keçmiş əməliyyat diretktoru onlardan 1 milyon dollar təzminat tələb edirdi.

Dmitri Bosova qarşı digər iddia onun “Vostokuqol” və “Sibantrasid” üzrə keçmiş partnyoru Aleksandr İsayev tərəfindən verilib.

Ötən il “Forbes” jurnalı Dmitri Bosovu 11 milyard dollarlıq sərvəti ilə Rusiyanın ən zəngin insanlarının siyahısında 83-cü sırada göstərmişdi.

Paylaş:

This post was last modified on 7 May 2020 1:08 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

İlham Əliyev Təhsil Nazirliyinə 7 milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Virtualaz.org bildirir ki, sərəncamla respublika ərazisində…

9 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Xırdalanda yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat…

9 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi-SİYAHI

Avqustun 7-də Rəsulzadə-Elçibəy Yoluna etiqadı olan, Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərdən ibarət Milli Hərəkatçılar Birliyi adlı İctimai-Siyasi…

8 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Beyrutu xaraba qoyan partlayış: Livan ermənilərini Qarabağa köçürməyə hazırlıq gedir

Beyrutu xaraba qoyan dəhşətli partlayışdan fürsət kimi istifadə edərək Livan ermənilərini Azərbaycanın işğal altındakı ərazilərinə köçürmək planları hazırlanır. Virtualaz.org xəbər verir…

8 Avqust 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Əvəz Zeynallı ilə İstanbul söhbətləri-7”: “Livana yardım etməliyikmi?”-VİDEO

Xural TV-nin hazırda Türkiyədə olan rəhbəri Əvəz Zeynallı İstanbulun tarixi məkanlarından ölkə və dünya gündəmini dəyərləndirməkdə davam edir. Bu gün…

8 Avqust 2020
  • ARAŞDIRMA
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

Beyrutdakı partlamadan sonra Türkiyə iki limanına diqqəti artırmalıdır-TƏHLİL

Levent Yılmaz “Yeni Şafak” qəzeti, Türkiyə, 06.08.2020-ci il   COVİD-19 pandemiyası bütün dünya gündəmini ələ aldığı bir vaxtda, Orta Şərqdə…

8 Avqust 2020
Xural.COM