Rusiyalı sənətçi “Müharibəyə yox!” şüarına görə 40 min rubl ödəyəcək

Yayımlandı: 11 Avqust 2022 17:01

Polis məhkəmədə onun “Putin oğrudur” dediyini söyləyib

Yekaterinburq məhkəməsi “Kurara” qrupunun lideri, Rusiyanın Əməkdar artisti Oleq Yaqodini səhnədən müharibə əleyhinə danışdığı üçün 40 min rubl cərimələyib.

Yaqodin Rusiya ordusunu diskreditasiya (etibardan salma) etməkdə təqsirli bilinib.

Cəriməyə səbəb “Kurara”nın iyunun 24-də “Ural Music Night” festivalında çıxışı olub.

Konsert zamanı Yaqodin “Müharibəyə yox!” cümləsini işlədib.

Protokolda polis iddia edib ki, Yaqodin silahlı qüvvələrə və şəxsən Prezident Vladimir Putinə münasibətdə mənfi danışıb.

Hətta “Putin oğrudur” deyib. Yaqodin isə məhkəmədə prezidentin adını çəkmədiyini deyib.
Sənətçinin vəkilləri vurğulayırlar ki, polis iddiaları dəstəkləmək üçün heç bir video-çəkiliş və ya digər sübut təqdim etməyib.

Fevralın 24-də Rusiya Ukraynaya hücuma keçib.
Müharibəyə bir sıra ölkə sənətçiləri ilə yanaşı, əksər rus sənət adamları da etirazlarını bildiriblər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button