“Rusiyanın Azərbaycana silah satmasından məmnun deyilik”

Edvard Nalbandyan
Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan bəyan edib ki, ölkəsi hərbi-texniki sahədə Rusiya ilə “sıx əməkdaşlığı” davam etdirəcək.
Xural.com avropa.info-ya istinadən xəbər verir ki, Nalbandyan son illər Azərbaycanın hərbi qüdrətini artırması məsələsinə də münasibət bildirib.
“Azərbaycan son illər hərbi xərclərini dəfələrlə artırıb. Rusiya ilə çox sıx, strateji, müttəfiq münasibətlərimiz var. Həmçinin hərbi-əməkdaşlıq sahəsində. Heç kimə sirr deyil ki, biz ilk növbədə silahı strateji müttəfiqimizdən alırıq. Rusiya ilə hərbi sahədə əməkdaşlığı bundan sonra da sıx davam etdirəcəyik” – Nalbandyan “Kommersant” qəzetinə belə deyib.
Lakin erməni rəsmisi Rusiyanın Azərbaycana silah satmasından elə də məmnun olmadığını bildirib.
“Rusiyanın dünyanın ən böyük silah istehsalçılarından biri olması və müxtəlif ölkələrə silah satması təbiidir. Ancaq biz Azərbaycanın silah almasından və yeni müharibə başlayacağı ilə bağlı hər gün bizi təhdid etməsindən məmnun qala bilmərik. Bu silahın müttəfiq saydığımız ölkədən alınmasında da xoşumuza gəlmir. Nəzərə alsaq ki, Rusiya Ermənistanla hərbi münasibətləri qorumaq üçün xeyli səy göstərir, o cümlədən KTMT çərçivəsində”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button