Rusiyanın “Balaca Azərbaycan”ında məmurun mənzilinə od vurdular

Sverdlovsk vilayətində yerli məmurun mənzilinin giriş qapısını yandırmağa cəhd ediblər. Rusiya KİV-lərinin yaydığı məlumata görə, hadisə Maxnyovo qəsəbəsində baş verib. Maxnyovo azərbaycanlıların sıx yaşadığı ərazi olduğuna görə yerli əhali onu “Balaca Azərbaycan” adlandırır.

Yerli administrasiyaya yaxın mənbə “FederalPress”ə bildirib ki, bələdiyyə işçisi bələdiyyənin kadr təminatı ilə məşğuldur: “Xoşbəxtlikdən alov tez bir zamanda söndürülüb. Yerli sakinlər hadisəni Maxnyovo kənd administrasiyasının keçmiş rəhbəri Janna Leontyyevanın işdən çıxarılması ilə əlaqələndirirlər”, – deyə agentlik mənbəsi bildirib.

Qeyd olunur ki, eks-məmurun meriya rəhbərliyi ilə münaqişəsi olub və bələdiyyənin rəhbəri Aleksey Korelin onunla müqaviləni yeniləməyib. Eyni zamanda, bildirilir ki, təxminən ay yarım əvvəl, bir kənd toplantısı zamanı Leontyevanın əri yerli Dumanın deputatı Andrey Buzanı hədələyib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button