Rusiyanın baş naziri koronavirusla mübarizəyə dair yeni tədbirlər planı təklif edib

Rusiyanın baş naziri Mixail Mişustin ölkədə koronavirus ilə mübarizəyə dair yeni tədbirlər planı təklif edib.

AZƏRTAC xəbər verir ki, yeni plana Belarus ilə sərhədin sərnişin daşımaları üçün bağlanması, gömrük məntəqələrində ilkin tələbat mallarının ölkəyə gətirilməsi üçün “yaşıl dəhliz” yaradılması, aviaşirkətlərin və turizm firmalarının vergi ödəməsinin müvəqqəti dayandırılması, kiçik və orta sahibkarlığın güzəştli kreditləşdirilməsi proqramının genişləndirilməsi, vətəndaşların koronavirusla bağlı vəziyyət barədə onlayın, o cümlədən sosial şəbəkələr vasitəsilə məlumatlandırılması sisteminin, eləcə də “qaynar” telefon xətlərinin yaradılması, karantində olan vətəndaşlara xəstəliyə görə ödənişlərdə xüsusi qaydaların tətbiq edilməsi, tibb işçilərinə əlavə stimullaşdırııcı ödənişlər edilməsi, reseptsiz buraxılan dərmanların internet vasitəsilə sifarişinə icazə verilməsi daxildir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button