Rusiyanın Belarusdan Jitomir şəhəri ətrafına 24 raket atdığı bildirilir

Rusiya Jitomir şəhərinin kənarına 24 raket atıb. “Bu səhər hamımız güclü partlayışlardan oyandıq. Belarus ərazisindən raketlər atılıb. Ümumilikdə Jitomir ətrafındakı hərbi hissə və obyektlərə 24 raket atılıb. İnsan təlafatı ilə bağlı əlavə şərh verə bilmərəm, – Jitomir meri Sergey Suxomlin bildirib.

Ordu Vilayət Administrasiyasının (OVA) rəhbəri Vitali Buneçko isə bir qədər sonra Jitomir vilayətinin atəşə tutulması nəticəsində bir əsgərin həlak olduğun, bir əsgər isə yaralandığını deyib.

Lvov OVA-nın rəhbəri Maksim Kozitski bildirib ki, Lvov vilayətindəki hərbi obyektə raket atılıb. vurub.

“Bu gün səhər saat dörddə Yavoriv vilayətindəki hərbi obyektə raket hücumu həyata keçirilib”.

Onun sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiəsi iki raketi vurmağa nail olub. Kozitski qeyd edib ki, raketlər Qara dənizdən atılıb. Onun sözlərinə görə, raket hücumu nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, atəş nəticəsində yaranan yanğın lokallaşdırılıb.

Dnepropetrovsk vilayət polis idarəsinin rəisi Valentin Rezniçenko isə Rusiyanın bölgəni atəşə tutması nəticəsində 60 yaşlı qadının yaralandığını bildirib.

“…Və yenə də Krivoy Roq rayonu atəşə tutulub. Şirokovskaya və Zelenodolsk icmaları artilleriya zərbələrinə məruz qalıb”, – Rezniçenko teleqram kanalında yazıb.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button