Rusiyanın hərbi attaşesi ilə gizli görüşlər – Eynulla Fətullayev haqqında sensasion DETALLAR

2020-ci ilin sentyabrında müharibə başlayanda Eynulla yazırdı ki, bu savaş Azərbaycan üçün “proval olacaq”. Onun avqust-sentyabr aylarında təqdim etdiyi analitik yazısında vurğulanırdı ki, müharibə başlasa, region xaosda boğulacaq. Sizə bu tezis nəsə demir ki?!

Əlbəttə, bəllidir ki, bu tezislər kimin marağına xidmət edirdi. Putin administrasiyası və Ermənistan ideoloqlarının əsas arqumenti də bu idi. Heç bir müharibədən söhbət belə gedə bilməzdi. Əks təqdirdə ruslar Cənubi Qafqazda cəhənnəm yaşadacaqlarını deyirdilər. Amma nəticə Eynullanın tezisləri ilə uyğun gəlmədi. Regionda nəinki xaos yaranmadı, hətta Azərbaycan 30 ilə yaxın işğalda qalan torpaqlarını azad edərək qələbə qazandı və bölgədə öz sözü olan güclü dövlətə çevrildi.

Rusiyanın tanınmış iş adamı, əslən azərbaycanlı Fərhad Əhmədovun Kremlin adamı olduğunu ölkəmizdə bilməyən yoxdur. Mediada və müəyyən kluarlarda bu iş adamı Moskvanın İvanişvilisi kimi də təqdim edilir. Bəli, rusiyalı oliqarxla Eynullanın dostluğu artıq “dastan”a çevrilib. Sözsüz ki, Fətullayevin Əhmədovla sıx əlaqələri təsadüfi deyil.

Xatirinizdədirsə, İkinci Qarabağ savaşında şimal cəbhə ilə bağlı Əhmədovda olan bəzi neqativ məlumatlar alınaraq ictimailəşdirilmişdi. Buna görə haqqın.az-ın baş redaktoru Baş Prokurorluğa da çağırılmışdı. Bu da dəqiq faktdır ki, həmin görüşə gedəndə tanınmış jurnalist üstündəki mobil telefonunu panikaya düşüb sındırmışdı. Əlbəttə, əsas məqsəd bəlli idi. O, bununla telefonda olan məlumatları gizlətməyə çalışmışdı.

Eynulla Fətullayev mənim gözümdə həm də sifarişli, muzdlu jurnalistdir. O, neçə-neçə ləyaqətli məmura şər ataraq mənfi piarla məşğul olub. Bu məmurların arasında dövlət başçısının etimad göstərdiyi şəxslərdən tutmuş diplomatlara qədər var. Təəssüflər olsun ki, “Eynulla əməliyyatı” hələ də davam edir.

Heç kimə sirr deyil ki, bu gün media cameəsində, müəyyən dairələrdə Fətullayev Azərbaycan məmurlarından yazılanlara və ucuz piara görə də külli miqdarda pul alır. Hətta utanmadan deyir ki, haqqın.az media orqanları arasında ən çox pul qazanan saytdır. Görəsən, “şəffaf” hesabatlar təqdim edən Eynulla kimin gözünə kül üfürür?

Eynulla Fətullayevi şəxsən tanıyanlar da deyir ki, onun məqsədi dövlət maraqları deyil, yalnız öz cibinə xidmət etməkdir.

Fətullayev birmənalı şəkildə ruspərəstdir. Amma xüsusi xidmət orqanlarının tezisləri gələrsə, o, özünü rusofob ideologiyasının sadiq əsgəri kimi də təqdim etməyi bacarır. Nədənsə dünənə qədər rusa sevgisi ilə gözümüzə girən Kremlin Azərbaycandakı “sözçüsü” gözlənilmədən Ukrayna müharibəsində başqa sifətdə təcəlla etdi. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra antirusiya istiqamətini götürən Eynulla dayanmadan tamam başqa tezislərlə meydana atılır.

Amma etibarlı mənbələrdən əldə etdiyim məlumatlara görə, o, Bakıda rus hərbi attaşesi ilə tez-tez görüşür. Həm də Moskvada olanda Rusiya xüsusi xidmət orqanları ilə sıx təmasları olur. Eynullanın Ukraynaya səfərə getməsinin əsl səbəbləri də bu məlumatlar əsasında araşdırılmalıdır.

Fadil Paşayev,

KONKRET.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button