Rusiyanın hava hücumlarında azı altı ukraynalı ölüb
Bugün, oktyabrın 15-də səhər saatlarında Rusiyanın hücumu nəticəsində Ukraynanın cənub və şərqində azı 6 nəfərin öldüyü bildirilir.
Azadlıq Radiosunun Ukayna xidməti bildirir ki, səhər saatlarında Xarkovun şimalındakı İzyum rayonunda yaşayış evinin dağılması nəticəsində iki nəfər ölüb.
Xarkovun hərbi rəhbəri Oleh Synyehubov Kyupyansk rayonunda da toqquşmaların olduğunu açıqlayıb.
Bununla yanaşı ölkənin cənubu Xersonun məruz qaldığı hava zərbələri nəticəsində iki nəfərin öldüyü, üç nəfərin isə yaralandığı açıqlanıb.
Son günlərdə Rusiya və Ukrayna qüvvələrinin ən çox Donetsk əyalətinin Avdiyivka rayonunda baş verdiyi bilidirilir.
Rusiya prezidenti Vladimir Putin oktyabrın 15-də dövlət televiziyasına verdiyi müsahibədə Rusiya ordusunun “aktiv müdafiə”də olduğunu deyib.
“Bu situasiya Kupyansk, Zaporojye və Avidiyivka regionlarını əhatə edir” – o deyib.
Ukrayna prezidenti Volodimir Zelenski də Avidiyivkada davam edən toqquşmalardan danışıb. Onun sözlərinə görə Ukrayna ordusu öz mövqelərini qorumağa davam edir.
Ukrayna ordusunun sözçüsü Natalya Humenyuk keçirdiyi mətbuat konfransında Rusiya ordusunun gecə saatlarında yaşayış yerlərini bombaladığını deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu əks hücumu Dnepr çayının ətrafına fokuslanıb.
Ukrayna və Rusiya rəsmiləri birmənalı olaraq mülki vətəndaşları hədəf almadığını desə də, BMT-nin ötən həftə açıqladığı hesabata görə, Rusiyanın Ukraynaya hücum etməsindən etibarən ümumlikdə 9,806 mülki vətəndaş ölüb, 17,962 nəfər isə yaralanıb.