Rusiyanın Kabil səfirliyi yaxınlığında kamikadze hücumu olduğu bildirilir

Polisdən “Reuters” agentliyinə deyilib ki, kamikadze mühafizəçilər tərəfindən atəşə tutularkən partlayıcılar işə düşüb, o, hədəfinə çata bilməyib

Sentyabrın 5-də Əfqanıstanın paytaxtı Kabildə Rusiya səfirliyi yaxınlığında güclü partlayış baş verib.

Yerli mediada hadisə yerinə gələn təcili yardım maşınlarının görüntüləri yayımlanıb.

Polisdən “Reuters” agentliyinə deyilib ki, kamikadze mühafizəçilər tərəfindən atəşə tutularkən partlayıcılar işə düşüb, o, hədəfinə çata bilməyib.

Zabit Mövlavi Sabir xəbər agentliyinə açıqlamasında hələlik, itkilər haqda məlumat olmadığını, hücum edən şəxsin güllələndiyini qeyd edib.

Rusiyanın dövlət agentliyi RİA Novosti xəbər verir ki, hadisə Rusiyaya viza almaq üçün gözləyən əfqanların uzun növbəsinin yaxınlığında baş verib. Agentlik yerli xəbərlərə istinadən 15 və ya 20 nəfərin öldüyünü və ya yaralandığını bildirib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button