Rusiyanın təbliğat siyasəti ifşa olundu

Rusiyanın Cənub federal dairəsində irimiqyaslı hərbi təlimləri bölgədə hadisələrin sonrakı inkişafı xüsusunda rahatsızlıq doğurur. Qafqaz-Qara dəniz-Xəzər oxuna nəzarətə yönəlmiş təlimlərə 8,5 min hərbçi, 200 hərbi təyyarə, 50 hərbi gəmi və təqribən, min ədəd hərbi texnika qatılıb.

Bu güc nümayişi türk analitiklərinin hələ bu günlərədək məftun olduğu və türk mənşəyini yad etdiyi Rusiya Müdafiə naziri Sergey Şoyqunun əmri ilə qəflətən başlanıb.

Bu manevrlər müxtəlif bölgəsəl olaylar və birinci növbədə Suriya məsələsi ilə bağlı aşkar siqnaldır.

Bu yaxınlarda Abxaziyadakı hərbi təlimlər sayəsində bölgədə çevikliyini artıran və tənqid atəşinə məruz qalan  Rusiya hazırda Krımı silahlandırır və yarımadanı ön istehkama çevirir. Bu, bizim KİV-də ciddi narahatlıq doğurur.

Rusya əzələ oynadıb fəal təbliğat işi aparmaqla vahimə yaymağı davam etdirir və bölgədə təsirini gücləndirir.

Bu cür təbliğata yaxın nümunə Rusiya kommunistləri, liberalları və millətçilərinin həmrəyliklə verdiyi böyük pay – Qars və Moskava müqavilələri ilə bağlı təkrar məhkəmə təhqiqatıdır. Türkiyənin şərq sərhədlərini təsbit etmiş müqavilənin qüvvədən salınması haqda dilbirlik edən Rusiya siyasətçiləri Gürcüstanla Ermənistanı çaşdırıblar.

Bəziləri qeyd edirlər ki, bu cür addım gerçək siyasətə ziddir, lakin Türkiyənin şərq sərhədlərini Gürcüstan və Ermənistanın xeyrinə dəyişməyin zəruriliyindən danışanlar da var.

Burada əsas məqsəd indiyədək qaldırlmamış məsələlərin müzakirə üçün tədricən açılmasıdır.

Qarşımızda “Niyə də yox?” ideyasından başlanan və Qafqazda Türkiyə və Qərbə yönəlik millətçi və təcavüzkar əhval-ruhiyyə yaratmağa qabil hiyləgər bir gediş var.

Bunların hamısı uzunmüddətli perspektivdə Rusiyanın işinə yarayır.

Görürük ki, Qərbdəki erməni diasporu da bu addımları dəstəkləyir.

Nədənsə “Horizon Weekly” və “Asbarez” kimi KİV bəzi əyləncəli məlumat və məqalələr dərc etməyə başlayıb. Məsələn, Ueyn Medsen öz məqaləsində qeyd edir ki, Türkiyə Naxçıvan Muxtar Respublikasında və Gürcüstanda hərbi bazalar yaratmağa hazırlaşır, Ankara Ermənistanı tələyə qısnamaq və bölgədə Rusiyanın maraqlarına zərbə vurmaq niyyətindədir. Müəllif vurğulayır ki, Türkiyə oxşar təşəbbüslər vasitəsilə Afrikada və ərəb ölkələrində xristianlara qarşı radikal islamçılığı yaymağa cəhd edir. O, bütün bunların Qafqazda dini müharibələrə səbəb ola biləcəyindən danışır. Başqa nəşrdə isə Rusiyadakı Cavaxsk erməni diasporunun Türkiyəyə qarşı təcili tədbirlər görülməsi çağırışları misal gətirilir…

Böhran vaxtı bu cür gerçəklikdən uzaq nəşrlərin hansı nəticələrə səbəb olduğu haqda çoxlu nümunələr var. Hətta heç bir məqsədə çatılmasa da, müxtəlif ölkələrdə qorxu mühitinin yaranması tamamilə kifayt edər. Başlıcası budur ki, bu cür nəşrlər hərbi güc nümayişi ilə bərabər bütün dünyaya yayılsın. Beyinlərdə yaranan suallar, bir qayda olaraq, dövlət siyasətinin  biçimlənməsinə təsir edir.

Və buna görə də tezliklə Qafqaz tərəfdən Rusiyanın ünvanına xeyirxah iradə siqnallarının artmasını qeydə alacağıq.

Prosesi diqqətlə izləmək lazımdır.

Neft qiymətlərinin düşməsinə görə Azərbaycan hərbi büdcəni azaltmağa hazırdır, ABŞ Gürcüstana yardımı artırır ki, onu Ruisya təsirindən qorusun.

Tiflis rəsmiləri NATO-nu bölgədə ciddi təhlükəsizlik tədbirləri görməyə çağırır və eyni zamanda Rusiya ilə energetik əməkdaşlıq qurmağa cəhd edirlər.

Ankara bölgədə ehtiyatlı olmalıdır; digər oyunçular da ona nisbətdə uzunmüddətli planlar qurur.

Hətta bəsit kompüter strategiyasında lap əvvəldən aydın olur ki,  bu cür gedişlər nəyə gətirb çıxardır.

Məhməd Fatih Öztarsu

Zaman (Türkiyə), 19.02.2016

Tərcümə Strateq.az-a məxsusdur

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button