Rusiyanın Ukraynaya hərbi təcavüzünün 500-cü günü

Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin 500 günü tamam olur. Ukrayna baş prokurorluğunun məlumatına görə, bu müddət ərzində Ukraynada 494 uşaq həlak olub, 1051 uşaq müxtəlif dərəcəli yaralar alıb.

Qurumun məlumatında bu rəqəmlərin yekun olmadığı vurğulanır və xatırladılır ki, işğalda olan ərazilərdən məlumatların toplanılması davam edir.

Baş prokuror Andrey Kostinin dediyinə görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə müddətində 94 min hərbi çinayət qeydə alınıb, 11 minə yaxın mülki əhali həlak olub, 115 min mülki infrasktuktur obyekti dağıdılıb.

BMT-nin İnsan Haqları Monitorinq Missiyasının məlumatına görə, müharibə başlayandan iyunun 30-dək Ukraynada 9177 dinc sakin həlak olub, 16 min nəfər yaralanıb. Rusiyanın işğalı altında olan ərazilərdə məlumat toplamağının BMT missiyası üçün çətin olduğu bildirilir və bu səbəbdən də ölən və yaralanaların sayının daha çox olduğu ehtimal edilir.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 8-də Rusiya ordusunun Liman şəhərini atəşə tutması nəticəsində 8 nəfər həlak olub, 13 nəfər yaralanıb. O da xəbər verilir ki, səhər saat 10 radələrində atəşə tutulan obyektlər mülki evlər və mağazalar olub.

Ukrayna mediası müharibənin 500-cü günü ölkə prezidenti Volodimir Zelenskinin müharibənin ilk günlərində Rusiya ordusunun işğal etdiyi “İlan adası”na səfəri ilə bağlı video görüntülər yayılıb. Səfərin dəqiq tarixi göstərilmir. İyulun əvvəlində Zelenski Odessa vilayətinə səfər edib.

İyulun 8-də Maripuldakı “Azovstal” zavodunun müdafiəsinə 86 gün rəhbərlik edən “Azov” batalyonunun komandirləri Türkiyədən Ukraynaya qayıdıb. Bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb.

Denis Prokopenko, Svyatoslav Palamar, Serhiy Volinski, Oleq Xomenko, Denis Şleqa Kiyevə gəlib və burada onları Ukrayna prezidenti Vladimir Zelenski şəxsən qarşılayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button