Rusiyanın xarici işlər naziri: Rusiya Ermənistan və Türkiyəyə birbaşa dialoq qurmağa kömək etmək istəyir 

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri İrəvanla Ankara arasında dialoqun uğurlu olacağına ümid etdiyini bildirib.

Rusiyanın vəzifəsi İrəvanla Ankara arasında birbaşa dialoqun qurulmasına kömək etməkdir. Bunu cümə günü keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin gözlənilən görüşünü şərh edərkən deyib.

Yanvarın 14-də Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ikitərəfli münasibətlərin normallaşdırılması prosesi çərçivəsində ilk görüş üçün Rusiya Xarici İşlər Nazirliyinin qəbul evinə gəliblər.
“Türkiyə və Ermənistan həqiqətən də öz xüsusi nümayəndələrini təyin ediblər. Rusiya bu razılaşmanın əldə olunmasına kömək edib. Və biz ilk görüşün Moskvada təşkil olunmasından çox məmnunuq”, – Lavrov deyib.
Rusiyalı nazir Ermənistan-Türkiyə dialoqunun uğurlu olacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2021-ci il dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün qarşılıqlı əsasda nümayəndələr təyin edəcəklər.

Ermənistan Xarici İşlər Nazirliyi Çavuşoğlunun bəyanatını alqışlayıb və İrəvanın dialoqun aparılması üçün xüsusi nümayəndəsi təyin edəcəyini təsdiqləyib. Sonradan məlum olub ki, Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üçün xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən isə parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.

Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutacaq.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button