Ruslan Bəşirli həbsdə qaldı

Ruslan Bəşirli

Dünən Bakı Apellyasiya Məhkəməsində məhbus fəal, “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin şikayətinə baxılıb.

Bakının Nizami Rayon Məhkəməsinin qərarından verilən şikayət təmin olunmayıb. Avqustun 22-də aşağı məhkəmə Ruslan Bəşirlinin vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətini rədd etmişdi.

AXCP üzvü olan Ruslan Bəşirli 2005-ci il avqustun 4-də Cinayət Məcəlləsinin 278-ci maddəsi (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılıb və 7 il həbsə məhkum olunub.

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

2 şərh

  1. mən təəcüb edirəm Bəşiyli ermıni yığnağına düşdüyünü bilseydi orda dayanmazdı. Bəs bizimkilər ermənilərin arasına necə girib hansı şəraitdə özlərinin kameralarını ermənilər bilmədən düzüb qoşublar. Kəşviyyat belə olar!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button