Ruslan Nəsirliyə yenidən təzyiq edirlər

Fevralın 27-də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həbsdən şərti azadlığa buraxılan AXCP GK Məclisinin sədri Ruslan Nəsirli yenidən naməlum şəxslərin təzyiqi ilə üzləşib.

Nəsirlinin Turan agentliyinə verdiyi məlumata görə, özünü DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən naməlum şəxs messencerdən ona zəng edir və görüşə gəlməyi tələb edir.

“Mənə deyirlər ki, səni biz azadlığa buraxdıq, görüşüb bir məsələni aydınlaşdırmaq lazımdır”, deyə Nəsirli bildirib. Onun rəsmi polisə çağırış bildirişi göndərmək təklifinə naməlum şəxs inkar cavabı verib.

Nəsirli hesab edir ki, hakimiyyət AXCP-nin guya qanunsuz maliyyələşdirilməsi haqqında məhkəmənin yekunlaşmasından sonra onun çıxışlarından narazıdır. Ruslan Nəsirli bu saxta cinayət işinə görə mühakimə olunub və 3 il sınaq müddəti olmaqla, 6,5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button