Ruslar Telman İsmayılovu “qara siyahı”ya saldı

130781_src

Moskva meriyası şəhərdə “qanunsuz ticarət və iaşə obyektlərinin söküntüsünün ikinci dalğasını başlatmağa hazırlaşır. Bu dəfə siyahıya hazırda müflis durumda olan azərbaycanlı oliqarx Telman İsmayılovun məşhur SAFİSA şadlıq evi də var.

Moskvada ikinci söküntü dalğasının başlayacağı barədə daşınmaz əmlakdan istifadəyə nəzarət üzrə Dövlət Müfəttişliyi bildirib. Müfəttişliyin rəhbəri Sergey Şoqurov deyib ki, paytaxt hakimiyyəti özbaşına tikintilərə qarşı mübarizəni davam etdirəcək və bu məqsədlə yeni siyahı hazırlanır. Xatırladaq ki, bundan əvvəl Moskva meriyası metro stansiyalarının qarşısında yerləşən irili-xırdalı 104 obyekti söküb. Onların arasında azərbaycanlılara aid ticarət obyektləri, habelə T.İsmayılovun qardaşı, Moskva rayonlarından birinin keçmiş rəhbəri Fazil İsmayılovun da obyekti var.

“Prestupnaya Rossiya” saytı isə xəbər verir ki, yeni siyahıda SAFİSA restoranının da adı yer alacaq. T.İsmayılov SAFİSA restoranının yerləşdiyi binanı vaxtilə mer Yuri Lujkovun sayəsində alıb və onu dəbdəbəli şadlıq sarayına çevirib. Həmin sarayda T.İsmayılovun məşhur ad günü ziyafətinin videoları internetdə məşhurdur. Orada Lujkov da çıxış edir və Telmanı “qardaşım” adlandırır. Bildirilir ki, indiki mer Sergey Sobyanin obyektin sökülməsinə, bununla da T.İsmayılovun Lujkovun sayəsində yaratdığı biznes-imperiyasına son nöqtə qoyulmasına qərar verib. T.İsmayılovun bütün mülkləri yüz milyonlarla dollar kredit borclarına görə banklar tərəfindən müsadirə olunub. Təkcə SAFİSA restoranından başqa…

Virtualaz.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button