Rüstəm İbrahimbəyov başına gələ biləcək hadisələrə hazırdır

rustem ibrahimdfch25.07.2013

“Bakıya dönəcəyimi bu günlərdə bəyan eləmişəm və ora iyulun 31-də dönəcəm. Başıma gələ biləcək hadisələrə hazıram. Bir daha deyir və ümid edirəm ki, istər Azərbaycanın daxili, istərsə də xaricində mənim müdafiəmə çoxlu insanlar qalxacaq”.

Bunu  Brüsseldə Azadlıq radiosuna müsahibəsində bu yaxınlarda Azərbaycanda yaradılmış Milli Şuranın sədri,  müxalifətdən prezidentliyə vahid namizəd , dramaturq Rüstəm İbrahimbəyov deyib.Rüstəm İbrahimbəyov ona qarşı bütün ittihamların tamamilə əsassız, qondarma olduğunu  bildirib və qeyd edib ki, məqsəd onu təcrid eləmək, seçkilərə buraxmamaqdır.

Rüstəm İbrahimbəyov bir daha hər şeyə hazır olduğunu deyib: “Dünən Azərbaycandan belə bir məlumat daxil olub ki, Bakıya dönəcəyim halda  Prokurorluq mənə qarşı cinayət işi qaldıracaq.Bu o deməkdir ki, mənim seçkidə iştirakımdan qorxan Azərbaycan hakimiyyəti məni seçkiyə buraxmamaq üçün hər şeyə hazırdır.Ora düşəcəyim halda həbs olunacağım istisna deyil. Məqsəd məni seçkiyə buraxmamaq, namizədliyimin qeydə alınmasını əngəlləməkdir.Məni nə gözlədiyini çox yaxşı başa düşürəm, amma buna baxmayaraq Azərbaycana gedəcəm.Çünki hansısa təhlükədən aslı olmayaraq seçki yolu ilə sonadək getməyə hazır olduğumu nümayiş etdirmək üçün mənim ora səfərim çox vacibdir.Prokurorluq mənə qarşı ittiham qaldırmaq fikrindədir və əlbəttə bu birbaşa təhlükədir. Buna görə də əgər Azərbaycana dönərkən birdən mənim yükümdə hər hansı bir qanusuz şey aşkar edilsə, əvvəlcədən deyirəm “bunu ora qoyublar”.

Rüstəm İbrahimbəyov  daha sonra deyib ki, hüquqlarının kobud şəkildə pozulması  və qanunsuz yollarla seçkilərdən kənarlaşdırılması  geniş beynəlxalq reaksiyaya səbəb olmamalıdır. Müxalifət  lideri Avropa Birliyi, insan haqları təşkilatları və Azərbaycan xalqına ümidlə yanaşdığını bildirib, hüquqlarının kobud şəkjildə pozulmasının qarşısının alınacağı və onun demokratik qüvvələrin vahid namizədi kimi seçkilərdə iştirakına imkan yaradılacağına əmin olduğunu qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button