Rüstəm İbrahimbəyov müxalifətin rəsmən vahid namizədi seçildi
Milli Şuranın vahid namizəd məsələsi tam olaraq dəqiqləşdi. Bu barədə Milli Şuranın toplantısında məlumat verilib.
Belə ki, toplantı zamanı Rüstəm bəyin vahid namizəd olması böyük səs çoxluğu ilə qəbul olunub. Bundan sonra bu barədə məlumat Rüstəm bəyə göndərilib və tanınmış ziyalı da öz növbəsində elektron imza ilə vahid namizəd olacağını təsdiqləyib. Elektron imza “EL” Hərəkatının rəhbəri Eldar Namazov tərəfindən toplantı iştiraklarına təqdim olunub.”
Qeyd edək ki, toplantı zaman aparıcı müxalifət liderləri xüsusilə Əli Kərimli, İsa Qəmbər, Lalə Şövkət, Eldar Namazov, MirMahmud Mirəlioğlu və digər tanınmış simalar da Rüstəm bəyin namizədliyini yekdilliklə qəbul ediblər.