Rüstəm İbrahimbəyov Rusiya təbəəliyindən imtina etdi

115905.07.2013
Müxalifətin yaratdığı Milli Şuranın prezident seçkilərindəki vahid namizədi Rüstəm İbrahimbəyov dünən Rusiya vətəndaşlığından rəsmi şəkildə imtina etdiyini təsdiqləyib. 

R.İbrahimbəyov virtualaz.org saytına açıqlamasında bu qərarının motivləri barədə danışıb.

R.İbrahimbəyovun sözlərinə görə, bu addımı onun qarşıdan gələn prezident seçkilərindəki iştirak qərarı ilə bağlıdır: “Mən həmişə Azərbaycan vətəndaşı olmuşam. Ölkədən heç vaxt çıxıb getməmişəm. Mənim Azərbaycanda teatrım olub. Bir sözlə, mən öz yaradıcılıq işlərimi həmişə Azərbaycanda davam etdirmişəm”.
R.İbrahimbəyov sözlərinə onu da əlavə edib ki, Rusiya pasportu ona SSRİ-dən miras qalıb.
R.İbrahimbəyov müxbirimizin “Azərbaycanda ikili vətəndaşlıq qadağandır, siz bu məsələni hüquqi nöqteyi-nəzərdən hansı yolla qaydaya salmağa hazırlaşırsınız” sualına belə cavab verib: “Azərbaycan qanunları ikili vətəndaşlığa qadağa qoymayıb. Mən sadəcə olaraq seçkilərdə iştirak etmək qərarımla bağlı Rusiya təbəəliyindən imtina etməyə qərar vermişəm”.

Xatırladaq ki, bu il aprelin 30-da Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov mətbuata demişdi ki, Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşı yox, Rusiya vətəndaşıdır: “Rusiya vətəndaşının isə Azərbaycan haqqında nə danışdığı maraqlı deyil. Bu onun sözləri deyil, onu ortaya salan qüvvələr var. Rüstəm İbrahimbəyov Rusiyanın xüsusi xidmət orqanlarına işləyir. Amma onlar Azərbaycanda heç nə edə bilməyəcəklər”.

 XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button