Rüstəm Muradov Ermənistanın yeni müdafiə naziri ilə görüşdü

Rusiya Sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutyunyanla görüşüb.

Virtualaz.org Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, görüşdə Qarabağdakı vəziyyət müzakirə olunub.

Erməni hərbi idarəsinin rəhbəri Rusiya tərəfinə Sülhməramlı kontingentin operativ şəkildə yerləşdirilməsi, Dağlıq Qarabağda sülhün bərqərar edilməsi və qorunması istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirib.

Bildirilib ki, işlərin səmərəli təşkili üçün Dağlıq Qarabağda xüsusi qərargah formalaşdırılıb və onun tərkibinə Ermənistan Müdafiə Nazirliyi də daxildir.

Ermənistan müdafiə nazirinin xahişi ilə general-leytenant Rüstəm Muradov missiyanın yerinə yetirilməsinin gedişi və sülhməramlıların dislokasiya yerindəki vəziyyət barədə məlumat verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button