Rüstəm Behrudi Bakını qarışdırdı

rustem behrudi27.07.2013

“Hamıya qalib gəlib, özünü satan Bakı” yazısı bakılılar ayağa qaldırdı

Bakı Kəndlər Birliyinin 590 nəfərlik üzvünün iştirakı ilə tədbir keçirilib. Bu barədə AzNews.az-a BKB-nin Nəzarət Təftiş Komissiyasının sədri Məlahət Babayeva məlumat verib.

Onun sözlərinə görə, tədbirdə iki məsələ müzakirəyə çıxarılıb. Bunlardan biri tanınmış şair Rüstəm Behrudinin “Yeni Müsavat” qəzetinin iyulun 23 tarixli sayında dərc olunan “Hamıya qalib gəlib özünü satan Bakı” başlıqlı yazısı olub.

M.Babayeva bildirib ki, bu Rüstəm Behudinin Bakı haqqında bu tipli yazısı ilk deyil: “O, dəfələrlə yazısında Bakı və bakılıları təhqir edib. “Salam dar ağacı” kitabında səhifələrlə Bakı “fahişələr fahişəsidir” deyərək, öz bölgəsini hörmətə mindirib.

Toplantı iştirakçıları hamılıqla Rüstəm Behidinin bu yazısına etiraz səsini qaldırıb”. Toplantıda müzakirə edilən digər məsələ isə Milli Şura üzvü Eldəniz Quliyevlə bağlı olub.

M.Babayevanın sözlərinə görə, E.Quliyev mətbuatda onun şərəf və ləyaqətini təhqir edib, şər-böhtan yağdırıb. O isə bununla bağlı Milli Şuranın sədri Rüstəm İbrahimbəyova müraciət edib: “Sonra maraqlandım ki, müraciətim Milli Şuranın sessiyasında müzakirə olunacaq. Amma bu günə kimi Milli Şurada mənim müraciətimə baxan olmayıb”.

Qeyd edək ki, BKB-nin toplantısında qərara alınıb ki, hər iki məsələ ilə bağlı bəyanat verilsin.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button