Rüstəm Behrudinin uşaq bağçası bağlanır

Rüstəm Behrudi

Təhsil Nazirliyi şair-iş adamının müəssisəsinə lisenziya vermək istəmir

 Tanınmış şair, iş adamı Rüstəm Behrudiyə məxsus uşaq bağçası Təhsil Nazirliyi tərəfindən qapadılıb. Bu barədə XuralTAC-a verilən informasiyaya görə, Bakının Nərimanov rayonu ərazisində yerləşən «Baby House» uşaq bağçasına Təhsil Nazirliyindən verilən lisenziyanın vaxtı keçib. Məlumat verən mənbə bildirir ki, «Behrud İnşaat»a məxsus hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən uşaq bağçası iki il imiş ki, lisenziyasız fəaliyyət göstərirmiş.

Bu təhsil mərkəzinin qanunsuz fəaliyyət göstərməsi faktı Təhsil Nazirliyinin ötən ay keçirdiyi reydlər zamanı aşkarlanıb. Bu barədə dünən redaksiyamıza məlumat verən mənbə bildirdi ki, bu məktəbəqədər təhsil ocağı ilə bağlı olaraq aparılan araşdırmaların yekunu olaraq onun işləyib-işləməyəcəyi məsələsinə qərar veriləcək.

Öyrəndik ki, bu uşaq bağçası pulludur və aylıq ödəniş 600 manatdır. Qeyd edək ki, yaxınlıqda yaşayan sakinlər bağçanın hazırda da fəaliyyət göstərdiyini bildirirlər. Qeyd olunur ki, müəssisənin üzərindəki stend götürülsə də, uşaqların gəliş-gedişi hələ də davam etməkdədir.

Dünən bütün günü Rüstəm Behrudi ilə əlaqə saxlamaq istəyək də, cəhdlərimiz uğursuz oldu. Yazılanlarla bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button