Rüşvət almaqda təqsirli bilinən baş həkim Ali Məhkəməyə üz tutdu

Rüşvət almaqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilən Respublika Narkoloji Mərkəzin baş həkimi Hüseyn Həsənov kassasiya şikayəi verib. Bzimyol.info xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrlik ediyi kollegiyanın icraatına verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların barəsində Cinayət Məcəlləsini 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, cəzaları 1 il sınaq müddəti olmaqla şərti hesab edilib. Həbsdə olan Hüseyn Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində təqsirləndirilən Hüseyn Həsənovun həbs edilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrlik etdiyi kollegiyada prokurorun protestinə baxılıb. Hakim heyətinin qərarı ilə prokurorun protesti təmin edilib.
Qərara görə, Hüseyn Həsənovun barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsi hökmdən xaric edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

Mətanət Şamçiyeva ilə bağlı hissədə isə hökm qüvvədə saxlanılıb.
İttihama görə, bir müddət əvvəl vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində Baş Səhiyyə İdarəsi Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov saxlanılıb.

Onun 2017-ci ilin yanvar-fevral aylarında tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar arayış verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat rüşvət tələb etməsi müəyyən edilib.
Hüseyn Həsənov və Mətanət Şamçiyeva Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham ediliblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button