Rüşvət və korrupsiyada günahlandırılan direktor işdən qovuldu

Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhər 6 nömrəli məktəb-litseyin direktoru Yeganə Əliyevanı işdən çıxarıb. Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.

Virtualaz.org Siyəzən şəhər 6 nömrəli məktəb-litseylə telefon əlaqəsi saxlayıb, dəstəyi götürən qadın direktorun işdən çıxarıldığını, artıq yeni direktorun təyin olunduğunu təsdiqləyib. Məlum olub ki, telefon zəngimizə cavab verən də elə yeni direktorun özü-Günel Ağayevadır. G.Ağayeva bundan əvvəl məktəb-litseydə müəllim işləyib.

Xatırladaq ki, həmin məktəb-litseyin və direktor Yeganə Əliyevanın adı məktəbin bir qrup müəlliminin 2019-cu il martın 29-da Təhsil Nazirliyinə kollektiv şikayəti ilə bağlı gündəmə gəlmişdi. Etiraz edən müəllimlər deyirdilər ki, direktor məktəbdə ucdantutma rüşvət yığır, korrupsiya əməlləri ilə məşğuldur və pedaqoji kollektivin üzvlərini təhqir edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button