Rüşvətxorların arxasında Ramiz Mehdiyev durur

Elşad Abdullayev

Elşad Abdullayev Avropanı bir-birinə qatıb

 Ramin Nağıyev ABU-nun keçmiş rektorunun əlindəki sənədləri incələyir

«Azadlıq» qəzetinin dünənki sayında MTN zabiti, hazırda Fransada mühacir həyatı yaşayan Ramin Nağıyevin Elşad Abdullayevin son vaxtlar ölkədə şok effekti yaradan korrupsiya və rüşvət ittihamları, həmçinin qardaşının oğurlanması ilə bağlı ictimaiyyətə təqdim etdiyi faktlara reaksiyasını davam etdirib. Bu məqalədə R.Nağıyevin daha bir sıra məqamlara aydınlıq gətirdiyini nəzərə alaraq, onu «Xural» Oxucularına qısa ixtisarla təqdim edirik.

şvətxorların arxasında Ramiz Mehdiyev durur

Mahir Nağıyev əvvəlcə E.Abdullayevin apardığı danışıqları gizli şəkildə yazdığı video və audio faktlara diqqət çəkərək bildirir: «Əlimizdə olan videokasetlər ictimaiyyətə açıqlanandan sonra, çətin ki, 2003-cü ildə MTN əməkdaşı Mahir Abdullayevin məhz polisin iştirakı ilə oğurlandığına kimsə şübhəylə yanaşa bilsin. Kimsə deyə bilməz ki, DIN-in bütün rəhbər heyəti bu proseslərdən kənarda və onlardan xəbərsiz olub. Onların hamısı nə baş verdiyi barədə ətraflı məlumatlara malik olublar, amma heç biri cınqırını da çıxarmayıb, heç biri Mahir Abdullayevin azad edilməsi üçün hərəkət etməyib. Əksinə, Elşad Abdullayevin söylədiklərindən belə çıxır ki, müxtəlif vasitələri və vasitəçiləri (o cümlədən, Kazımov qardaşlarını) işə salaraq yalnız pul qoparmaq haqqında düşünüblər. Hətta ona baxmayaraq ki, məhz həmin ərəfədə “polis bandası” olaraq ifşa edilən Hacı Məmmədov dəstəsinin işi araşdırılırdı.

Onlar heç nədən və heç kimdən qorxmurdular. Çünki arxalarında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin əzəmətini hiss edir və onun sifarişlərini yerinə yetirirdilər.

 

Ramil Usubov niyə kövrəldi?

 

Elşad Abdullayev mənə danışır ki, o, Ramil Usubovun qəbulunda olarkən orada ona videokaset təqdim edib, nazir elə kabinetdəcə həmin videokasetə baxıb və kövrəlib, möhkəmcə duyğulanıb: «Mən elə bildim ki, o, mənim qardaşımın başına gələnlərlə bağlı duyğulanıb və hətta ona təskinlik vermək istədim. Amma az sonra anladım ki, nazir mənim günümə yox, öz gününə kövrəlib ki, onu yenə də zərbə altına qoyublar».

Kasetə baxdıqdan sonra Ramil Usubov onu özündə saxlayıb və söz verib ki, bu məsələ ilə ciddi məşğul olacaq və kömək edəcək. Amma görüşdən sonra, o, Elşad Abdullayevi bir daha qəbul etməyib».

Daha sonra polisdə ədalətli və dəyərli insanların olduğunu yazan R.Nağıyev ictimaiyyətə belə bir xahişdə də bulunur: «Polis polkovnik-leytenantı Rövşən Abasquliyevin sonrakı taleyindən xəbərdar olanlardan xahiş edirəm ki, bu məlumatları hansısa yolla mediaya çatdırsınlar. Məndə olan məlumata görə ona və ailəsinə qarşı ciddi təzyiqlər var…»

Baş Prokurorluğu susqunluqda, hətta Rövşən Əliyevin qatilini axtarmamaqda suçlayan R.Nağıyev MTNnin də reaksiyasızlığına münasibət bildirir: «MTN də öz ali mövqeyini qoruyub saxlamaqda və baş verənlərə həmin yüksəklikdən baxmaqdadır. MTN Mətbuat Xidmətinin təmsilçisi bu mərhələdə çox maraqlı bir açıqlama ilə çıxış etdi: «Biz ”sarı mətbuat”ı oxumuruq».

Görünür, bu açıqlamadan sonra onlardan heç nə soruşmağa və gözləməyə dəyməz. Hətta Mahir Abdullayevin oğurlanması və azadlığa buraxılması ilə bağlı nəticəsiz danışıqlar barədə bütün şikayətlərdə MTN-in onlarla əməkdaşının adları çəkilir. Bu «nəticəsiz danışıqların» mərkəzində isə 2 milyon 800 min ABŞ dolları dayanır. Amma onlar heç nə bilmirlər, heç nə görmürlər, heç nə eşitmirlər, «sarı mətbuatı» oxumurlar, heç nəyə də cavab vermirlər. Hətta Elşad Abdullayev MTN əməkdaşına Mahir Abdullayevin oğurlanması ilə bağlı hadisələrə birbaşa dəxli olan 8 videokaset və 2 audio kaset versə də…

 

Cinayət faktına orijinal və operativ reaksiya

 

Hüquq-mühafizə orqanları yalnız bir halda operativ reaksiya veriblər. Elşad Abdullayev 2009-cu ildə Baş prokurorluğa və MTN-ə Mahir Abdullayevin oğurlanması və bu cinayətin üzərində sövdələşmə əməliyyatlarında konkret şəxslərin iştirakını sübut edən video və audio kasetləri (cəmi 105 bənd üzrə – red.) təqdim edəndən sonra. Amma qətiyyən elə hesab etməyin ki, adam oğruları və ya girovun azadlığı müqabilində sövdələşmə aparanlar məsuliyyətə cəlb edilib, həbs olunub. Sadəcə olaraq, hüquq-mühafizə orqanlarının nümayəndələri Elşad Abdullayevin ofisinə gələrək, oradakı çəkiliş qurğularının qanunsuz olduğunu əsas gətirərək həmin qurğuları söküb aparıblar. Amma bu çəkiliş qurğularının nəyi qeydə aldığı, hansı cinayətə işıq saldığı heç kimin vecinə də olmayıb.
Bu çəkilişlərin arasında isə məsələn, 2005-ci ildə, MTN əməkdaşları İlqar Abbasovun və Fikrət Əliyevin bu sözləri çox dəqiq şəkildə qeydə alınıb ki, 2003-cü ildə, Mahir Abdullayevin oğurlanmasından düz 22 gün sonra onu DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına köçürüblər.

Bu kasetlər də ictimaiyyətə açıqlanması nəzərdə tutulanların arasındadır.

 

Prezident bu məsələlərdən xəbərdar deyil?

 

Mən Elşad Abdullayevin Strasburq məhkəməsinə təqdim etdiyi bütün materiallarla tanış oldum və hələ də özüm üçün aydınlaşdıra bilmirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərləri kimin sifarişlərini yerinə yetirirlər? Ramiz Mehdiyevin əlinin olduğu iddia edilən bütün bu materialların Azərbaycan prezidentindən xəbərsiz necə baş verdiyini anlaya bilmirəm.
İki misal çəkim. Birincisi: MTN əməkdaşı, Ramiz Mehdiyevin yaxın qohumu, Mehdiyevin tövsiyəsi ilə Milli Təhlükəsizlik nazirinin ABU-ya prorektor vəzifəsinə göndərdiyi adam. 2009-cu ildə Elşad Abdullayevlə söhbət zamanı Fikrət Əliyev ona Ramiz Mehdiyevin sözlərini çatdırır:

F.Ə. – Qardaşını diri almaq istəyirsənsə, Universiteti verməlisən?

E.A. – Kimə?

F.Ə. – Prezidentin əmisi oğluna, İlqar Əliyevə.

Bu sözlərdən sonra Elşad Abdullayev Fikrət Əliyevi universitetdən, sadəcə olaraq qovur. Bu epizodda prezidentin özü və ailəsi adından danışıq aparılır…»

 

Mehdiyev prosesə nəzarət edir

 

«2008-ci ildə Hacı Məmmədovun və onun bandası üzərində tələm-tələsik məhkəmə prosesini təşkil edən Ramiz Mehdiyev situasiyanı öz nəzarəti altında saxlamağı bacardı. Hacı Məmmədovun özünü isə hələ də qanunsuz olaraq, MTN-in təcridxanasında saxlamaqla bu nəzarəti əllərində saxlamaqda davam edirlər. Amma Mahir Abdullayev məsələsində bu, alınmadı. Cin şüşədən çıxıb və bütün Avropada dolaşmaqdadır.

Elşad Abdullayev Fransada, Lion şəhərində, İnterpolun Fransa üzrə Mərkəzi ofisinə verdiyi izahatdan bir hissə: «52 illik avtoritar dövlət hakimiyyət orqanlarının içərisində formalaşmış mütəşəkkil cinayətkar dəstə – adam oğrularının məqsədi bizdən külli miqdarda pul almaq və mənim təsis etdiyim, rektoru olduğum Azərbaycan Beynəlxalq Universitetini Prezident Aparatının müdiri Ramiz Mehdiyevin yaxın qohumu KQB polkovniki Fikrət Əliyevin adına keçirmək olubdur. Mən bundan imtina etdikdə günün günorta çağı qara maskalılar mənə silahlı basqın etdilər. Mənə qarşı edilmiş dövlət terroruna rəhbərliyi KQB polkovniki Fikrət Əliyev həyata keçirir, Ramiz Mehdiyev tərəfindən havadarlıq edilir, bu cinayətin təşkilatçısı isə MTN-nin sədr müavini Hilal Əsədovdur, bu cinayətin icraçısı MTN polkovniki Akif Çovdarovdur, bu cinayətin iştirakçıları Sənan İbrahimov və Qulu Cəfərovdur, Rövşanədir, bu cinayət müğənni Mətanət İsgəndərlinin evində (Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 4-də) baş vermişdir. Qardaşım Mahir Abdullayevi geri qaytarmaq üçün pul notariat qaydasında Arzu Firudin oğlu Kazımova və Milli Təhlükəsizlik Nazirliyinin ATM polkovniki Akif Covdarov tərəfindən alınmışdır. Bu adamların Avropa və Azərbaycan KİV-lərində çoxsaylı qətllərdə adları hallanır (Daha ətraflı bax: Avropa Insan Hüquqları Məhkəməsinin 02.IX.2011-ci il tarixli şikayətə – red.).

Mənə və qohum-əqrəbama qarşı edilən dövlət terrorunun sifarişçisi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əmisi oğlu İlqar Aqil oğlu Əliyevdir. Sizdən xahiş edirəm ki, yuxarıda adları qeyd olunan terrorçuları cinayət məsuliyyətinə cəlb edəsiniz!»

 

3 milyon manat Heydər Əliyev Fonduna keçirilib?

 

İkinci nümunə. Elşad Abdullayev Arzu Kazımovla və mərhum general Zahid Dünyamalıyevlə görüşür və onlara deyir: «Ya mənim qardaşımı qaytarın, ya da sizə verdiyim 3 milyon dolları».

Amma onlar cavab verirlər ki, pulları verə bilmərik, çünki bizdə deyil. Biz həmin pulları Heydər Əliyev Fonduna köçürmüşük. Bacarırsan, get özün al!

Fransa Prezidenti Aparatı əməkdaşlarının Fond haqqında bu izahatdan hansı şəkildə şoka düşdüyünü yazılı şəkildə təsvir edə bilmirəm. YUNESKO-nun baş katibliyində isə bu sənədləri qəbul edən madam Anna Glass bir neçə dəqiqəliyə danışıq qabiliyyətini itirdi. Fransada Heydər Əliyev Fondunu xeyriyyə təşkilatı kimi, Parisdə və Strasburqda muzeylərin təmiri üçün pul ayıran mərkəz olaraq tanıyırlar. İndi isə belə çıxır ki, bu Fondun vəsaitləri kriminal vasitələrlə, hətta adam oğurluğu yolu ilə əldə edilən pullardan təşkil olunur və bu pullar da buralarda yuyula bilir. Hələ onu da nəzərə alsaq ki, 2012-ci ildə «Avroviziya» mahnı müsabiqəsinin təşkilatçılığı bu Fonda həvalə edilib, o zaman bu festivalın Azərbaycanda keçirilməsi belə ciddi sual altına düşür».

Sonda Mahir Abdullayevin öldürüldüyünə də R.Nağıyev diqqət çəkir: «Məndə olan məlumatlara görə Mahir Abdullayev artıq sağ deyil. Onu öldürüblər. 2010-cu ildə Strasburq məhkəməsinə ilk müraciətdən sonra Azərbaycanda bu problemi kökündən həll etmək qərarı veriblər və Mahir Abdullayevi «ləğv ediblər».

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

2 şərh

  1. Hərə öz dərdindədi mən ABU-nun Moskva filialından köçürülmüşdüm bəs deyirdilər Moskva filialından köçürülmə ile qanuni gələnler başqa özəl universitetlərə köçürüləcəklər onlar təhsillərini davam etdirecəklər.Təhsil Nazirliyinin qaynar xettinə email gonderirəm ABU baglanandan indiyə qedər cavab gəlir məsələ araşdirilir nəticəsi açıqlanacaq. Bir çox gənc təhsilin davam etdire bilmədi Təhsil Nazirliyinin araşdirmasinin nəticəsin belkə bizdən sonraki nesil görər.

  2. Butun bu yazilanlar dogrudursa axirimiz catib .Ilahi biz hansi cemiyyetde yasamisiq? Bu gun ne dehsetli gundur.Qaradag icra hakimiyyetinin sahibkarin gozlerini cixararaq ozunu zindana atdirmis,emlakini da menimsemisdir.Bele ozbasnaliqlari esidende insan deli olmazmi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button