Rza Zərrabın və qohumlarının əmlakına həbs qoyuldu

İstanbul Baş prokurorluğunun apardığı istintaq çərçivəsində məhkəmə ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və qohumlarının əmlakına həbs qoyulmasına dair qərar qəbul edib.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, İstanbul Respublika Prokurorluğu Terrorla Mübarizə Bürosu Rza Zərrab və yaxınları barədə araşdırmalara başlayıb. CNN Türk siyahıda 23 nəfərin adının olduğunu bildirib. Zərrab 2016-cı ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O, 2010-2015-ci illərdə İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.(azadlıq.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button