Səadət Cahangir şeiri: “Üşüyürsən pəncərədə, nə gələn var, nə gedən…”

Səadət Cahangir

 

Adı yaşamaqdı elə,
canın üstündən keçir,
ruhumuzun qaranlığı
şamın üstündən keçir…

fikirlərdə batan adam,
nə yazırıq qumlara,
onsuz da dalğalar gəlib
qumun üstündən keçir…

üşüyürsən pəncərədə,
nə gələn var, nə gedən,
bir göyərçin uçur, o da
damın üstündən keçir…

gözlərin yol çəkir hər gün
uzaqlardan birinə,
o da gəlmir, həmin yolun
hamı üstündən keçir…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button