Rubrikalar: MƏDƏNİYYƏT XuralTAC

Səadət Cahangir şeirləri: “Nə gedənlər qayıdar, nə gözlənənlər gələr…”

Səadət Cahangir

Hələ yorğun üstünə
bir də bu şəhər gələr,
nə gedənlər qayıdar,
nə gözlənənlər gələr…

bir şəhərdi, dənizi
qapalı ayrılıqla,
yoxsa üzüb gələrdim
balaca bir qayıqla…

bu axşam sənə küsmüş
ürəyimə dedim ki,
bir az da səndən çəkim,
nələrdən çəkmədim ki…

doyurdum acıları,
qəhri, tütünü çəkdim,
yandıqca su çilədim,
üstdən ütünü çəkdim…

çəkdim, elə cızladı,
gözümdən yaşı çıxdı,
“qəlb” dedik, yana-yana
qapqara daşı çıxdı…

bir az da səndən çəkim,
çəkim elə tən gələr,
bəlkə gedənlər dönər
və gözlənənlər gələr…

Xural.com

Paylaş:

Share

Son Əlavələr

  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Ramiz Mehdiyev AMEA-da – idarə və şöbələr ləğv olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatları aparılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq AMEA-dan bildirilib. AMEA prezidenti, akademik Ramiz Mehdiyevin…

13 Noyabr 2019 2:21 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı: “Bu tip qadağalar ölkənin imicini yerlə bir edir”-VİDEO

Əvəz Zeynallı Vergilər Nazirliyi tərəfindən çıxışına qoyulan qadağa ilə bağlı Kanal13-ə müsahibə verib. Xural.com müsahibəni təqdim edir:     …

13 Noyabr 2019 2:16 səhər
  • GÜNDƏM
  • XuralTAC

Yasamalın yeni icra başçısı kimdir-DOSYE

Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilmiş Elşad Həsənov Prezident İlham Əliyev tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Həsənov…

13 Noyabr 2019 2:07 səhər
  • GÜNDƏM
  • XuralTAC

Bəxtiyar Hacıyev: “Paşinyan görüşdən sonra mənə yaxınlaşdı…”

“Baş nazir bildirdi ki, Azərbaycan hakimiyyəti tərəfindən hansısa konstruktiv mesajlar gözləyir” Siyasi fəal Bəxtiyar Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Sülh…

13 Noyabr 2019 2:00 səhər
  • GÜNDƏM
  • XuralTAC

Mehman Hüseynov bələdiyyə seçkilərinə qatılır

Bloger “Seçki tarixində belə maraqlı, kreativ seçki olmayıb” deyir. Tanınmış bloger, “Sancaq Production”un rəhbəri Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak edəcək.…

12 Noyabr 2019 1:59 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu – Səbəb Mikayıl Cabbarovdur

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub. Qadağa Vergilər Nazirliyinin müraciəti əsasında tətbiq edilib. Reyting.az xəbər verir ki,…

11 Noyabr 2019 3:21 səhər
Xural.COM