Rubrikalar: GÜNDƏM İQTİSADİYYAT XuralTAC

“Sədərək” bazarını kim(lər) yandırdı?!

“Sədərək” ticarət mərkəzində ötən gün baş vermiş güclü yanğın nəticəsində 10-dan çox anbar kül olub. Hazırda ərazi polis nəzarətindədir, yanğının baş vermə səbəbini araşdırmaq üçün istintaq qrupu hadisə yerində araşdırma aparır.

Virtualaz.org saytının əməkdaşları  hadisə yerindən xəbər verirlər ki, yanğının bürüdüyü anbarlardan və mağazalardan çıxarılmış mallar küçəboyu yığılıb, bəziləri tüstüdən, yaxud sudan yararsız hala düşüb. Mallar sahibkarların iştirakı ilə bu gün tezdən iritutumlu yük maşınları ilə daşınır.

Yanğın ərazisinə jurnalistlər buraxılmır, foto və məlumat üçün ticarət mərkəzinin rəhbərliyinin icazəsi tələb olunur. Zərərçəkmişlərdən biri deyir ki, onlara kənar şəxslərə məlumat verilməməsi ilə bağlı xəbərdarlıq edilib. Onlar da ehtiyatlı davranmağa çalışırlar, əks halda obyektləri əlindən alına, yaxud yer haqqı bahalaşdırıla bilər.

“Mənim obyektim yanmayıb, amma baxın, mallar suyun altında qalıb, yararsız hala düşüb”, -yanğının baş verdiyi əraziyə yaxın mağazalardan birinin sahibi deyir və əlavə edir ki, ona obyekti boşaltmağı tapşırıblar.

“Təxminən axşam saat 4-5 olardı. Bir də gördüm ki, anbarların birindən qatı tüstü çıxır. Obyektlər bir-birinə yaxın yerləşdiyindən alov tez bir zamanda yayıldı. Ehtimal edilir ki, parfümeriya mağazasından başlayıb, tezalışan mallar olduğu üçün qarşısını ala bilməyiblər”- sahibkar danışıb.

Satıcılardan biri isə and-aman edir ki, ən azı 16 anbar yanıb, amma cəmi 7-8 mağazanın yandığını söyləyirlər. Heç kimi əraziyə yaxın buraxmırlar, deyirlər ki, yanğından salamat çıxmış malların oğurlanmasından çəkinirlər. “Kimin obyekti sığortalanıb, az-çox kömək edirlər. Bu ticarət mərkəzində dəfələrlə belə hadisə baş verib. Amma yenə də əksəriyyətin sığortası yoxdur”,-satıcı söyləyib.

Yanğın nəticəsində dəymiş zərər hələlik hesablanmayıb, kimi ona dəyən zərərin 1 milyon manatdan yüksək olduğunu, kimi də 600-700 min manata çatdığını söyləyir. Belə olsa ümumi ziyan milyonlarla hesablana bilər.

Sahibkarların  söhbətini dinləyirik, biri danışır ki, mağaza qonşusu dərs mövsümünə görə xaricdən dəftər-kitab, məktəb ləvazımatları gətirib, anbarı doldurub, hamısı da kül olub. Birinin parfümeriya, digərinin çilçıraq mağazası yanıb.

Malların yanğın yerindən çıxarılmasında polislər və FHN əməkdaşları xüsusi aktivlik göstəriblər. Şahidlər deyirlər ki, sahibkarlardan biri həyəcanlı halda obyektə girib mallarını çıxarmağa çalışıb. Məhz polislərin çevikliyi nəticəsində təşvişə düşmüş sahibkarı xilas etmək mümkün olub.

“Ətrafı alov qarışıq qatı duman bürümüşdü, kimi canın, kimi malın dərdindəydi. Nə qədər adam burdan ailəsinə çörək aparırdı, illərlə yığılan malların bir gündə kül olması sözlə ifadə edəcək bir şey deyil”,-ticarət mərkəzinin əməkdaşının köməyi ilə bizi ərazidən məcburi uzaqlaşdırırlar.

Xatırladaq ki, FHN-in yaydığı rəsmi məlumata görə yanğın cəmi 900 kvadratmetr sahəni əhatə edib. Yanğının qarşısı alınarkən polislər və FHN əməkdaşları arasında tüstüdən zəhərlənənlər olub, amma insan itkisi yoxdur.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Ombudsman İsrail səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva İsrailin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib. Bu haqda Xural.com…

28 Oktyabr 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

O, əsil xalq adamı, ziyalı və nurlu bir şəxsiyyət idi…

Unutsaq, unudularıq! Respublikanın tanınmış inşaatçı-mühəndisi, Böyük Vətən müharibəsi veteranı və dəyərli ömür yolu keçmiş böyük ziyalı Qurban Camal oğlu Sultanov…

28 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

ABŞ-dan gələn Qarabağ zəngi

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Dövlət Departamentindən bildirilib…

28 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ermənistanda panika: “Hər şeyi itirə bilərik”

Ermənistanın keçmiş baş naziri və keçmiş müdafiə naziri Vazgen Manukyan Paşinyan hökumətini istefaya və hakimiyyəti orduya təhvil verməyə çağırıb. Musavat.com-un…

28 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Əraqçi Bakıya gəldi – niyə?!

İran İslam Respublikası xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi bir neçə dəqiqə əvvəl Azərbaycan Respublikasının paytaxtı Bakıya gəlib. Strateq.az İRNA-ya…

27 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

“Ermənistan PKK-çıları Şuşada yerləşdirib, Azərbaycan hərbçilərinin formasına uyğun geyindirib”

“Çox etibarlı kəşfiyyat məlumatlarına görə, Ermənistan hökuməti PKK terrorçularını Şuşa şəhərinə yerləşdirib və onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib”. Virtualaz.org bildirir…

27 Oktyabr 2020
Xural.COM