Səfər Əbiyev və Nəcməddin Sadıqov istefa verməlidir

Y.Cəfərli: «Hətta Afrikada belə bu qədər uzun müddətdə Müdafiə naziri olan şəxs yoxdur»

 Dünən «Ehtiyatda və İstefada olan Zabitlər» ictimai birliyinin sədri, hərbi ekspert Yaşar Cəfərli ordu quruculuğu problemlərinə həsr olunmuş mətbuat konfransı keçirib.

«Azərbaycan xalqı öz ordusu ilə fəxr etməlidir. Beynəlxalq hesabatlarda Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü ordu hesab olunur və bu fəxredicidir» -” deyən Y.Cəfərli atəşkəs sazişindən sonra Silahlı Qüvvələrimizin bir çox problemlərinin həll olunduğunu qeyd etdi. Onun sözlərinə görə, vahid komandanlığın yaradılması, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin formalaşdırılması, orduda geyim və ərzaq probleminin həlli, milli kadrların yetişdirilməsi kimi hallar diqqətçəkən idi.

Onun sözlərinə görə, hazırda orduda itkilərin sayının kəskin şəkildə artması əsas problemlərdən biridir. Onun sözlərinə görə, «Doktrina” JHAM»-ın son məlumatına görə, bu il ölkənin təhlükəsizlk və müdafiə sektorunda itkilər 82 nəfər təşkil edib, 84 nəfərsə yaralanıb və ya xəsarət alıb.

«NATO və Sovet standarları arasında uyğunsuzluq problem yaradır. Baş Qərargah rəisi ilə müdafiə naziri arasında olan problemlər isə əslində Silahlı Qüvvələrdə idarəetmənin bərbad olması ilə bağlıdır”», – deyən Y.Cəfərli cəmiyyətdə ordu rəhbərliyinin öz vəzifəsinin öhdəsindən gələ bilməməsinə dair narahatlıqlar olduğunu bildirib: «Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıxovun 19 il, Müdafiə naziri Səfər Əbiyevin 17 il vəzifədə olması səbəbindən onların ordu quruculuğu istiqamətində ortaya qoya biləcəyi imkanlar tam olaraq xərclənib”. Onların orduya hər hansı yeniliklər gətirmək imkanları yoxdur, əksinə, inkişafa yönəlik islahatların həyata keçirilməsinə əngəldirlər. Bu, ordudakı problemlərin əsas səbəblərindən biridir»”.

«Orduya yeni nəfəs lazımdır və bu yeni nəfəs idarəetmədə olmalıdır. Mən hesab edirəm ki, həm N.Sadıxov, həm də S.Əbiyev istefaya göndərilməlidir”», – deyən Y.Cəfərli vurğulayıb ki, həmin şəxslərin istefaya göndərilməsi xahişi ilə ehtiyatda olan zabitlər tərəfindən xüsusi bir müraciətin imzalanması və Ali Baş Komandana göndərilməsi məqsədəuyğundur: «Bu gün postsovet məkanında, hətta Afrika ölkələrində belə bu qədər uzun müddətdə vəzifədə olan nə Baş Qərargah rəisi, nə də Müdafiə naziri yoxdur».

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button