Səfər Mehdiyev vəzifəsindən azad edildi

Prezident sərəncam verdi...

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi vəzifəsindən azad edib.

Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, son günlər DTX tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlar keçirilib. Bu əməliyyatlarda 2-si general olmaqla bir qrup vəzifəli şəxs həbs olunub. Onlara qarşı vəzifə cinayətləri ittihamı irəli sürülüb.

Xatırdaladaq ki, Səfər Məmməd oğlu Mehdiyev 23 aprel 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədri idi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button