Səfir: “Gürcü Arzusu”nun dövründə Gürcüstan heç vaxt Avropa Birliyinə üzv olmayacaq
Yayımlandı: 7 Oktyabr 2024 16:04
“Gürcüstan hökumətinin üzvləri Avropa Birliyinin dəyərlərindən uzaqdırlar”
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski hesab edir ki, Gürcüstan rəhbərliyi təşkilata üzvlük istəmələrinə baxmayaraq, xalqı bundan uzaqlaşdırır. O vurğulayıb ki, indiki hökumət dövründə ölkə heç vaxt Aİ-yə üzv olmayacaq.
Herçinski Gürcüstana namizəd statusunun verilməsini diplomatik karyerasında ən böyük uğurlarından biri hesab edir.
Diplomatın sözlərinə görə, son bir neçə ay ərzində təkcə öz ölkəsini deyil, həm də sivil dünyanı müdafiə edən cəsur Ukrayna xalqının xidmətləri sayəsində Gürcüstana qapıların açılması üçün hər şey edilib.
“Bəs siz namizəd statusunu aldıqdan sonra nə baş verdi? Əhalinin əksəriyyəti və müxalifət partiyaları Avropa Birliyinə üzv olmaq istəyir, lakin hökumət insanları üzvlükdən kənarlaşdırır. Gürcüstan hökumətinin üzvləri Avropa Birliyinin dəyərlərindən uzaqdırlar”, – səfir deyib.
“Mən həqiqətən ümid edirəm ki, oktyabr seçkilərindən sonra biz indiki mərhələdə dayandırılmış Aİ yoluna qayıdacağıq. Aİ Gürcüstanda demokratik hökumət olarsa, onunla danışıqları bərpa etməyə hazırdır.
Təəssüf ki, sizə deməliyəm, indiki hakim partiyanın dövründə Gürcüstan heç vaxt Avropa Birliyinin üzvü olmayacaq”, – Herçinski bildirib.