Şəhər icra nümayəndəsi jurnalisti küçə söyüşləri ilə təhqir edib

idrak abbasov13.06.2013

“Bizim Yol” qəzetinin əməkdaşı, jurnalist İdrak Abbasov Lerik şəhərində təzyiqə məruz qalıb. Jurnalistin verdiyi məlumata görə, şənədləşmə işi ilə bağlı Lerik şəhər ərazi dairəsinə bir neçə dəfə getsə də, nümayəndə Atamalı Nəcəfov iş başında olmayıb. Daha sonar A.Nəcəfovun kabinetinin qapısının üstündə yazılmış əl telefonuna zəng edərək, sənədləşmə işləri ilə bağlı onu görmək istədiyini bildirib. A.Nəcəfov şəhər ərazisindəki çayxanaların birndə olduğunu bildirib və jurnalisti ora dəvət edib. Təxminən saat 16.20-də jurnalist A.Nəcəfovu çayxanaların birində domino oynadığı yerdə görüb. İ.Ababsov yaxınlaşaraq sənədləşmə işləri ilə bağlı müraciət etmək istədiyini və A.Nəcəfovun nə zaman işə dönəcəyini soruşub. Amma o jurnalistin müraciətinə biganə yanaşıb və domino oynamaqda davam edib.

Oyun bitdikdən sonra isə A.Nəcəfov yerindən qalxaraq kobud şəkildə jurnalistə yaxınlaşıb və «sən kimsən ki, mən sənə hesabat verim?» deyə jona hucum çəkib. Təxminən 80 yaşı olan ağsaqqal kişi yaşına uyğun olmayan küçə söyüşləri ilə əməkdaşımızı təhqir edib. Əməkdaşımız hücum zamanı A.Nəcəfovun şəklini çəkməyə müvəffəq olub və dərhal hadisə barədə Lerik rayon Polis Şöbəsinə rəsmi şəkildə ərizə ilə müraciət edib. “Rayonda hamı onun yeznəsinin hansısa nazirlikdə işlədiyini və bu səbəbdən pensiya yaşında olmasına baxmayaraq postunu qoruya bildiyi deyir. O, iş otağında nadir hallarda oturur, gününü rayondakı çayxanalarda keçirir. Vətəndaşların ərizələrini də cibində gəzdirdiyi möhürlə möhürləyərək verir və bunun müqabilində rüşvət alır. Mənim üç övadım olduğu halda dövlət tərəfinfən verilən birdəfəlik yardımı almamışam. İstədim ki, ayaryış alıb yadımı almaq üçün rayon sosial təminat şöbəsinə müraciət edim. Amma buna məmur özbaşınalığı nəticəsində yenə də nail ola bilmədim”, -deyə İ.Abbasov qeyd etdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button