Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Dekabrın 18-də şəhid ailələrinin 50-yə yaxın nümayəndəsi Şəhidlər Xiyabanında toplaşıb. Tədbir iştirakçılarından biri olan Məhəbbət Qocayevanın sözlərinə görə, aksiya iştirakçıları üzlərinə üzərində “Sus” yazılan qara maska taxaraq Şəhidlər Xiyabanına gəliblər.

Bununla onlar dekabrın 11-də aksiya zamanı şəhid ailəsi nümayəndəsi Toğrul Qocayevin 30 günlük həbsinə etiraz ediblər. O, guya polisə tabe olmamaq ittihamı ilə 30 günlük həbs edilib.

Aksiya iştirakçıları Qocayevin azad edilməsini tələb ediblər, bundan sonra dağılıblar.

Bu ilin yazında prezident İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüş əməliyyatlarında həlak olanların və ya itkin düşənlərin ailələrinə 11 min manat ölçüsündə birdəfəlik təzminat ödənilməsi haqqında sərəncam imzalayıb. Təzminatların ödənilməsinə oktyabrın 9-dan başlanılıb. Amma bir çox ailələrə keçmişdə vəsait almaları bəhanəsi ilə təzminat ödənilməsindən imtina edilib. Narazı vətəndaşlara məhkəmələrə müraciət etməyi tövsiyə edirlər. Amma şəhid ailəsi məhkəməyə müraciət etmək üçün dövlət orqanlarından rəsmi imtina cavabı almalıdır, onlara yazılı sənəd isə verilmir.

“Azərsığorta” dövlət şirkətindən iddia edirlər ki, 1990-cı illərdə hərbi qulluqçuların icbari sığortası haqqında qanun çərçivəsində bəzi ailələrə təzminat ödənilib. O vaxtki təzminatların məbləği 50-200 min denominasiya olunmamış manat təşkil edirdi, bu da hazırki 10-40 manata bərabərdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button