Şəhid ailələrinin vərəsələrinə 11 min manatın verilməsi haqda

Nazirlər Kabinetinin dünən keçirilən müşavirəsində çıxışı zamanı prezident İlham Əliyev Qarabağ döyüşlərində və ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə həlak olanların vərəsələrinə 11 min manat müavinətin verilməsi prosesinə də toxunub. Prezident deyib ki, bu müavinətin veriləcəyi şəxslərin siyahısında hələ dəqiqləşmə gedir və məsələ ilə bağlı əlavə açıqlamalar olacaq.

Prezidentin çıxışından sitat: “Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin vərəsələrinə, – o vərəsələrə ki, o yardımı, o müavinəti almayıblar,- mənim Sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur. Artıq vəsaitin verilməsi prosesi başlanmışdır. Bu günə qədər siyahıda 10 minə yaxın vərəsə var. Onların hamısına 11 min manat veriləcəkdir. Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür. Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq. Yəni, bu təşəbbüs, bu addım bir məqsədi güdürdü ki, vaxtilə o vəsaiti almayan ailələr o vəsaiti alsınlar. Bunu da biz təmin edirik. Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcəkdir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button