Şəhla İsmayıl danışır-VİDEO

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin “Azərbaycan Qadın Hüquq Müdafiəçisinin Portreti” adlı video-təşəbbüs silsiləsi Azərbaycan vətəndaş cəmiyyətinin 8 tanınmış qadınından videoroliklərlə müşayiət olundu. Budəfəki – sonuncu hissə qadın hüquqları və gender bərabərliyi sahəsində 1998-ci ildən çalışan Şəhla İsmayılın müsahibəsidir.

Beləliklə, səkkiz hüquq müdafiəçinin portretləri və video-müsahibələrdən hazırlanmış ayrıca bir film son 3 ay ərzində zaman-zaman təqdim edildi. Bu təşəbbüs hüquq müdafiəsi ilə illərdir məşğul olan səkkiz Xanımın simasında Azərbaycan Qadın Hüquq Müdafiəçisinin portretini çizdi və qadınların cəmiyyətdəki rolunu önəmsəməklə bərabər, həm də vətəndaş cəmiyyəti tərəfindən görülən işlərin əhəmiyyətini vurğulamağa xidmət etdi. Eyni zamanda gənc qızlar üçün motivasiya mənbəyi ola biləcək bir resurs oldu.

Xural.com bu video-layihə çərçivəsində Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) sədri Şəhla İsmayılın videorolikini təqdim edir:

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button