Səməd Seyidov Vladimir Poznerə şeirlə cavab verdi

Bu günlərdə rusiyalı telejurnalist Vladimir Pozner erməni KİV-lərinə müsahibsində deyib ki, Dağlıq Qarabağa getmək istərdi. Bundan əlavə, Pozner ermənilərə böyük simpatiya ilə yanaşdığını, onları “çox ağıllı” hesab etdiyini deyib. “Azərbaycanlılar bilməlidir ki, mənim qəlbim ermənilərlədir”, – o bildirib.

Poznerin bu fikirlərinə Azərbaycandan Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov cavab verib, özü də şeirlə. Deputat rus dilində yazdığı şeiri redaksiyamıza göndərib. Virtualaz.org onun şeirinin hərfi tərcüməsini oxuculara çatdırır:

 

Azərbaycanlılar başa düşməlidir ki

Pozner çoxdan vurulub

Və qəlbi ermənilərə verilib

Və özü onların qabağında əyilib

 

Daha nə etmək olar ki, başa düşürük

O, seçimini edib, artıq gizli deyil

Fikirlərini gizlətmədən, oynatmadan

O, qəlbini bizə açmağı qərara alıb

 

Budur, mən də həmin şeyi edirəm

Seçimimdə qətiyəm, gizlətmirəm

Deyirəm ki, Poznerin işi deyil

Torpağın kimin olduğu haqda hökm versin!

 

Holokost həqiqətləri kimi bilərək

Qarabağa səyahət arzu etmək

Harada ki Xocalı yanaraq

Haraya və külə çevrildi

 

O xalqla necə fəxr etmək olar ki

Njdeyə heykəl qoyub

Və qatillə, oğru ilə bir masaya oturmaq

Hansı ki, Qarabağı oda qaladılar

 

Yaxud Poznerə belə xoşdur

Ermənilərin hiyləgərliyi, məkrli olmağı

O, sərhədsiz riqqətdədir 

Düşüncəsinə isə duman çöküb.

 

Bəli, biz də etiraf etməliyik ki, ürəyini

Pozner ermənilərə satdı

Amma ürəyi ilə birlikdə, bizə aydındır ki

O, ruhunu Şeytana satdı!!!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button