Rubrikalar: GÜNDƏM XuralTAC

Səməd Seyidov Vladimir Poznerə şeirlə cavab verdi

Bu günlərdə rusiyalı telejurnalist Vladimir Pozner erməni KİV-lərinə müsahibsində deyib ki, Dağlıq Qarabağa getmək istərdi. Bundan əlavə, Pozner ermənilərə böyük simpatiya ilə yanaşdığını, onları “çox ağıllı” hesab etdiyini deyib. “Azərbaycanlılar bilməlidir ki, mənim qəlbim ermənilərlədir”, – o bildirib.

Poznerin bu fikirlərinə Azərbaycandan Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov cavab verib, özü də şeirlə. Deputat rus dilində yazdığı şeiri redaksiyamıza göndərib. Virtualaz.org onun şeirinin hərfi tərcüməsini oxuculara çatdırır:

Azərbaycanlılar başa düşməlidir ki

Pozner çoxdan vurulub

Və qəlbi ermənilərə verilib

Və özü onların qabağında əyilib

Daha nə etmək olar ki, başa düşürük

O, seçimini edib, artıq gizli deyil

Fikirlərini gizlətmədən, oynatmadan

O, qəlbini bizə açmağı qərara alıb

Budur, mən də həmin şeyi edirəm

Seçimimdə qətiyəm, gizlətmirəm

Deyirəm ki, Poznerin işi deyil

Torpağın kimin olduğu haqda hökm versin!

Holokost həqiqətləri kimi bilərək

Qarabağa səyahət arzu etmək

Harada ki Xocalı yanaraq

Haraya və külə çevrildi

O xalqla necə fəxr etmək olar ki

Njdeyə heykəl qoyub

Və qatillə, oğru ilə bir masaya oturmaq

Hansı ki, Qarabağı oda qaladılar

Yaxud Poznerə belə xoşdur

Ermənilərin hiyləgərliyi, məkrli olmağı

O, sərhədsiz riqqətdədir

Düşüncəsinə isə duman çöküb.

Bəli, biz də etiraf etməliyik ki, ürəyini

Pozner ermənilərə satdı

Amma ürəyi ilə birlikdə, bizə aydındır ki

O, ruhunu Şeytana satdı!!!

Paylaş:

This post was last modified on 29 May 2019 7:43 axşam

Share

Son Əlavələr

Ağstafada qətl: 4 nəfər öldürülüb, 3 nəfər yaralanıb

Hadisənin qisas zəminində baş verdiyi güman edilir İyunun 17-də səhər saat 8 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd…

18 İyun 2019 3:20 səhər

Elçibəyin kürəkəni Birinci vitse-prezidentə təşəkkür etdi

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Türkiyədə dünyasını dəyişən qayınanası Həlimə Əliyevanın müalicə dövründə və yas mərasimində əməyi…

18 İyun 2019 2:10 səhər

6 il edam hökmü altında yaşayan eks-prezidentin sonu – Murisirin ölüm səbəbləri

Misirin keçmiş prezidenti Məhəmməd Mursi iyunun 17-də dünyasını dəyişib. Misir rəsmi dövlət televiziyasının məlumatıan görə eks-prezidenti Məhəmməd Mursi casusluq ittihamı…

18 İyun 2019 1:56 səhər

Pənah Hüseyn Sürət Hüseynova od püskürdü: “…Qələt eləyir, başını daşa döyür”

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn sosial şəbəkə vasitəsilə mediaya müraciət edib. Xural.com musavat.com-a istinadən xəbər verir…

17 İyun 2019 1:38 səhər

Səadət Cahangir şeirlərindən: “Yolçu yalnızlığım yetər səni xatırlamağa…”

Səadət Cahangir Şairə   Bu qəfil başlayan yağmur, fəsil dəyişmiş hava, bu qatar pəncərəsindən boylanan yolçu yalnızlığım yetər səni xatırlamağa...…

16 İyun 2019 2:10 axşam

Sabah hava necə olacaq?-Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Xural.com ETSN-ə istinadla xəbər verir…

16 İyun 2019 2:06 axşam
Xural.COM