Səməd Şıxının Abşeron polisində olduğu deyilir

Yayımlandı: 24 Avqust 2024 13:10

Vəkil fəalın saxlanıldığı yeri dəqiqləşdirməyə çalışır

Avqustun 23-də axşam saat 19.00 radələrində dostlarına mesaj yazaraq, hava limanında saxlandığını deyən ictimai fəal və yazar Səməd Şıxının Abşeron Rayon Polis İdarəsində olması barədə məlumat yayılıb.

Yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, Səməd Şıxının ailəsinə onun bu idarədə saxlandığını deyiblər.

“Deyiblər ki, guya onu aeroportda yox, küçədə saxlayıblar. Halbuki özü aeroportda saxlandığını xəbər verib. Qeydiyyatdan, təhlükəsizlik yoxlamasından da keçəndən sonra tutub aparıblar. Bu boyda yalan olar?! Düzü, Abşeron Rayon Polis İdarəsində olduğunu desələr də, tam əmin deyilik. Hələ ki, nə ailə üzvlərindən kimsə görüb, nə də vəkili. Başqa bir adam da dedi ki, burada deyil…” – deyə onlar qeyd ediblər.

Səməd Şıxının vəkili Zibeydə Sadıqovadır.

Vəkil onun harada saxlandığını müəyyənləşdirməyə çalışır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button